Home » Texno, Ümumi » Azərbaycan dilində ilk antivirus proqramının tətbiqinə start verildi

Azərbaycan dilində ilk antivirus proqramının tətbiqinə start verildi

Azərbaycanın informasiya texnologiyaları bazarına yeni antivirus proqramı-B.A.K.U. təqdim edildi. Özü də Azərbaycan dilində. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, artıq tətbiqinə başlanan bu proqram bir çox xüsusiyyətləri ilə fərqlənir. Milli atributlarımızı özündə cəmləşdirən bu proqramdan istifadə zamanı yaranan hər hansı texniki problemlə bağlı suala da on-layn cavab ala biləcək. Bu müvafiq linkə daxil olmaqla həyata keçirilir. 3 aydan bir yenilənəcək bu antivirus proqramının üzərində mütəmadi texniki təkmilləmə işi aparılacaq. Mütəxəssislər bu məhsulun üzərində 8 ay çalışıb. B.A.K.U antivirus proqramı valideynlərə övladılarına kompüterdən istifadə zamanı nəzarət etməyə də yardımçı olacaq. Belə ki, onların hansı saytlardan istifadə etdiyini müəyyənləşdirə biləcəklər. Eyni zamanda arzuolunmaz saytlara blok qoymaq mümkün olacaq. Bu antivirusun digər özəlliyi isə şübhəli casus proqram təminatını tapmasıdır. Həmçinin, o sosial şəbəkələrdə xoşagəlməz linkləri təmizləyib və bu barədə istifadəçiyə məlumat da verəcək. Antivirus proqramının rəsmi satışı ilə Montek şirkəti məşğul olacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*