Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Siyasət, Texno, Ümumi » Azərbaycan BMT-nin reytinqində 28 pillə irəliləyib

Azərbaycan BMT-nin reytinqində 28 pillə irəliləyib

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_BMT_Logo

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqtisadi və sosial məsələlər üzrə departamenti ölkələrin “Elektron hökumət”in inkişaf səviyyəsinə görə yeni “United Nations E-Government Survey 2014: E-Government for the Future We Want” reytinqini dərc edib. AgahMedia.Com informasiya portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, “E-Government Survey” reytinqində ölkələr “E-Government Development Index -EGDI”-dən (hakimiyyət orqanlarının informasiya texnologiyaları və rabitə texnologiyalarından əhaliyə xidmət göstərmək üçün istifadəyə görə hazırlıq və bacarığının ölçülməsi indeksi) asılı olaraq qərarlaşıb.

Riyazi baxımdan “EGDI” “Elektron hökumət”in vacib amillərini qiymətləndirən üç əsas göstəricidir: onlayn xidmətlərin genişliyi və keyfiyyəti (Online Service Index, OSI), telekommunikasiya infrastrukturunun inkişaf səviyyəsi (Telecommunication Infrastructure Index, TII) və insani kapitalın həcmi (Human Capital Index, HCI).

Ümumdünya siyahısında Azərbaycan 68-ci yeri tutaraq, əvvəlki reytinqlə müqayisədə 28 pillə irəliləyərək, Çin, Türkiyə, Serbiya kimi ölkələri geridə qoyub. Azərbaycanın “EGDI” üzrə göstəricisi 0.5472 təşkil edib. Siyahıda birinci yeri 0.9462 göstərici ilə Cənubi Koreya tutub.

Avropa regionu üzrə orta “EGDI” 0,6936, Amerika regionunda 0,5074, Asiya regionunda 0,4951, dünyada 0,4712 olub. Beləliklə, regional baxımdan ən yüksək “EGDI” göstəricisi Avropadadır.

Birinci, ikinci və üçüncü yerləri müvafiq olaraq Cənubi Koreya, Avstraliya və Sinqapur tutub. Dörd Fransa, beşinci yerdə isə Niderland qərarlaşıb. Onluğa həmçinin Yaponiya, ABŞ, Böyük Britaniya, Yeni Zelandiya və Finlandiya daxildir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*