Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Azərbaycan bank sistemi inkişafının yeni mərhələsinə daxil olur


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Azərbaycan bank sistemi inkişafının yeni mərhələsinə daxil olur

AgahMedia.Com informasiya portalının Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətinə istinadən məlumatına görə, Mərkəzi Bank ölkənin bank sektorunun maliyyə sabitliyi və dayanıqlıq potensialının daha da gücləndirilməsi, korporativ idarəetmə sisteminin inkişafı, əmanətçilər və investorların maraqlarının qorunmasına yönəldilmiş strategiya çərçivəsində qabaqcıl beynəlxalq təcrübə əsasında bankların kapitalına kəmiyyət və keyfiyyət tələblərini davamlı olaraq artırmışdır. Nəticədə bankların kapitalizasiyası yeni keyfiyyət səviyyəsinə yüksəlmişdir ki, bunun da nəticəsində bank sektorunun effektivliyi artmış, maliyyə dayanıqlığı göstəriciləri yaxşılaşmışdır. Formalaşmış əhəmiyyətli kapital bazası bank sektoruna 2008-ci ildə başlanmış qlobal maliyyə böhranını hazırlıqlı və möhkəm sabitlik yastığı ilə qarşılamağa imkan vermişdir.
Hazırda Azərbaycan bank sistemi inkişafının yeni mərhələsinə daxil olur. Bu mərhələdə maliyyə vasitəçiliyinin genişləndirilməsi, qlobal maliyyə bazarlarına inteqrasiya və bank xidmətlərinin yeni keyfiyyətini təmin etmək üçün bankların kapitalizasiyasının davam etdirilməsi zəruridir. Bankların kapital bazasının gücləndirilməsi bankalara olan etimadın daha da artırılması və onların beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu, iqtisadi subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasına, bank xidmətlərinin çeşidinin genişlənməsinə və dəyərinin ucuzlaşmasına dəstək verəcək, maliyyə bazarlarının, xüsusən də banklararası bazarın inkişafına müsbət təsir göstərəcəkdir. Bütün bunlar növbəti dekadada iqtisadiyyatın ikiqat artımı və şaxələndirilməsi hədəflərinə adekvat olaraq bank sisteminin maliyyə dərinliyinin yüksəldilməsinə gətirib çıxaracaqdır. Bununla əlaqədar, Mərkəzi Bankın İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 mln. manatadək artırılmışdır.
Məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 01 yanvar 2014-cü ildən qüvvəyə minir. Keçid müddəti banklara yeni kapital tələbinə uyğunlaşdırma strategiyalarının realizasiyası üçün kifayət qədər vaxt verir və kapitallaşmanın tədricən həyata keçirilməsinə imkan yaradır. Aparılan təhlillər göstərir ki, bank sektorunun yeni kapital tələblərinə uyğunlaşma potensialı yüksəkdir.
Yeni kapital tələblərinin tətbiqi Azərbaycan banklarının kapital mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi ilə nəticələnəcəkdir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*