Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Siyasət, Sosial, Ümumi » Rəqabətlilik reytinqində Azərbaycan 148 dövlət arasında 39-cu oldu

Rəqabətlilik reytinqində Azərbaycan 148 dövlət arasında 39-cu oldu

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Azerbaycanin_Milli_Bayragi

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, sentyabrın 3-də Dünya İqtisadi Forumu “Qlobal Rəqabətlilik Hesabatı 2014-2015” nəşrini təqdim edib. Bu il Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 38-ci yerdə qərarlaşıb. 2013-2014-cü il hesabatında isə Azərbaycan 148 ölkə arasında 39-cu yeri tutmuşdu. Ölkəmiz MDB ölkələri arasında yenə ən yüksək nəticəyə malik olub.

Azərbaycan Marketinq Cəmiyyətindən bildirilib ki, ölkəmizdə aparılan uğurlu iqtisadi islahatların və inkişaf tempinin öz əksini tapdığı bu indeksə görə, Azərbaycan 7 xallıq şkala üzrə 4,53 xal toplayıb. Hesabata əsasən, ölkəmiz Avropadan İtaliya (49-cu yer), Polşa (43-cü yer), Rumıniya (59-ci yer), eləcə də qonşu ölkələrdən Türkiyə (45-ci yer), Gürcüstan (69-cu yer) və İranı (83-cü yer) qabaqlayıb. Həmçinin Azərbaycan Litva (41-ci yer) və Latviyanı (42-ci yer) da arxada qoyub.
“Qlobal Rəqabətlilik Hesabatı 2014—2015” nəşrinə görə, dünyanın ən rəqabətqabiliyyətli ölkəsi isə İsveçrədir. İlk beşliyə daxil olan digər ölkələr Sinqapur, ABŞ, Finlandiya və Almaniya olub.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*