Home » Beynəlxalq, Siyasət, Ümumi » Avrozona yenidən formalaşdırılır

Avrozona yenidən formalaşdırılır

Fransa və Almaniya hökümətləri Avropa Birliyinin valyuta blokunda islahatlar məsələsini müzakirə edir. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, müzakirələrin nəticəsi kimi, daha çox inteqrasiya olunan və sayca az üzv ölkədən yeni avrozona yaratmaq nəzərdə tutulur. “Reuters”in məlumatına görə, valyuta alyansını təkcə Yunanıstan deyil, sərt büdcə tələblərinə cavab verməyən bütün ölkələr tərk edəcək. İlk olaraq avrozonadan Yunanıstan uzaqlaşdırılacaq. Dekabrın 19-u rəsmi Afina istiqrazlara görə 8 milyard avro ödəməlidir. Bununla da ölkədə ödəmə borcları böhranının ilk mərhələsi başlayacaq. İtaliyanın da vəziyyəti Yunanıstandan fərqli deyil. Dünyada 3-cü ən böyük dövlət istiqrazları bazarına malik İtaliyada qiymətli kağızların gəliri 7.5%-ə çatıb. İqtisadiyyatçılar bunu böhran səviyyəsi adlandırır.
Avropa Birliyindəki mənbənin mətbuata verdiyi məlumata görə, indi avrozonada birləşən 17 dövlətdən bu qurumda qalacaq ölkələrin siyahısı tutulmalıdır. Bununla belə Avropa Birliyinə üzv dövlətlərin əksəriyyəti avrointeqrasiya modelinə bu cür radikal yanaşmanın əleyhinə çıxır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*