Home » Beynəlxalq, İslam, Ümumi » Avropanın mərkəzində Məhəmməd Peyğəmbərin hədisləri yayımlandı

Avropanın mərkəzində Məhəmməd Peyğəmbərin hədisləri yayımlandı

AgahMedia.Com informasiya portalının İ TV -yə istinadən məlumatına görə,Vyana İslam Federasiyasının sosial dəstək kampaniyası Avropalıların böyük marağına səbəb olub. Yenə də Məhəmməd Peyğəmbərin hədisləri Avstriyanın paytaxtı Vyana başda olmaqla böyük şəhərlərin küçələrini bəzəyib. Pəyğəmbərimizin xüsusilə sosial problemlərə işıq salan hədislərinə yer verilən kampaniya həm İslamın dünyəvi mahiyyətinin insanlara çatdırılması, həm də islam Peyğəmbərinin tanıdılması məqsədi daşıyır.
Xatırladaq ki,Vyana İslam Federasiyası tərəfindən “İnsanların ən xeyirlisi insanlara ən faydalı olandır” hədisi ilə 2006-cı ildə başlayan sosial dəstək kampaniyası dünyanın ən böyük problemlərindən biri olan aclığa, yoxsulluğa həsr edilən “Qonşusu ac olan, tox ola bilməz” hədisi ilə davam edib. Kampaniya, xüsusilə Avropada getdikcə zəifləyən ailə quruluşunu vurğulayaraq “Sizin ən xeyirliniz, ailənizə ən xeyirli olanınızdır” hədisi, “Hər hansı bir yaxşılığa vasitəçi olan, onu özü etmiş kimidir” və “Sədəqə malı azaltmaz” hədislərini diqqətə çəkib.
Bu il isə “Cəmiyyətin ağası cəmiyyətə hizmət edəndir” Hədisi-Şərifi Avstriya küçələrini bəzəyib. Kampaniya müddətində 690 metro vaqonunda və 385 işıqlı küçə plakatlarında (City Light) göstərilən hədislər alman və ingilis dillərində yayımlanıb. Vyana İslam Federasiyası sözügedən hədis kampaniyası ilə İslam dininin dünyəviliyini sərgiləndiyinə və bəşəri problemləri ən gözəl şəkildə işıqlandırdığına inanır. Bu kampaniya eyni zamanda Peyğəmbərimizin dünyəvi çağırışının müsəlmanlarla yanaşı digər din mənsublarına da çatdırılması mahiyyətini daşıyır.
Vyana İslam Federasiyasından bu cür kampaniyaların gələcəkdə də davam etdiriləcəyi bildirilib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*