Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Avropa Yenidənqurma və İnkişaf Bankı “Bank Respublika”nı mükafatlandırdı

Avropa Yenidənqurma və İnkişaf Bankı “Bank Respublika”nı mükafatlandırdı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2010-cu ilin nəticələrinə görə Bank Respublika-nı “Azərbaycanda ticarətin maliyyələşdirilməsi üzrə ən fəal bank” mükafatına layiq görüb. Mükafatlandırma mərəsimi, Qazaxstanın Astana şəhərində keçirilən AYİB-ın səhmdarların illik görüşündə, baş tutub.
AgahMedia.Com portalının Bank Respublika –ya istinadən məlumatına görə, bu mükafat adıçəkilən banka artıq 3-cü il ardıcıl olaraq verilir və bu beynəlxalq maliyyə təşkilatları tərəfindən böyük etibarın və ticarətin maliyyələşdirilməsi istiqamətində aparılan aktiv fəaliyyətin sübutudur.
Qeyd edək ki,Bank Respublika 2004-cü ildən AYİB tərəfindən reallaşdırılan “Beynəlxalq Ticarətə Dəstək Proqramı”nın fəal iştirakçısıdır. Həmin proqram MDB-də, həmçinin, Mərkəzi və Şərqi Avropa ölkələrində ticarətə dəstək məqsədilə yaradılmışdır. Eyni zamanda, beynəlxalq əməkdaşlıq proqramları üzrə müxtəlif xarici maliyyə təşkilatları tərəfindən Bank Respublika üçün 290 mln. ABŞ dollarından çox məbləğdə kredit xətləri ayrılmışdır və bu daha sərfəli şərtlərlə müştərilərə uzunmüddətli kreditlər və ticarətin maliyyələşdirilməsi üzrə xidmətlər təqdim etmək üçün bankin imkanlarını genişləndirmişdir.
Bank Respublika 22 may 1992-ci il fəaliyyətə başlamışdır və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilmişdir. Bankın səhmdarları sırasında Almaniyanın 2 nəhəng maliyyə təşkilatı təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust. Bu 2 maliyyə təşkilatı 28 aprel 2005-ci il tarixdən etibarən Bankın səhmdar kapitalının “25% + 1 səhm” paketinə sahibdirlər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*