Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Avropa Yenidənqurma və İnkişaf Bankı: Mərkəzi Asiya və Qafqazda köhnəlmiş infrastruktur təzələnməlidir


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Avropa Yenidənqurma və İnkişaf Bankı: Mərkəzi Asiya və Qafqazda köhnəlmiş infrastruktur təzələnməlidir

Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyə böhranından region iqtisadiyyatlarındakı problemlər üzərində işləyəcəyini bildirib.

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Londonda mətbuat və tələbələr qarşısında çıxış edən Bankın prezidenti Thomas Mirow bildirib ki, region dövlətlərinin əksəriyyəti böhrandan çıxsalar da, iqtisadi artım sürəti həmin ölkələrdə aşağıdır. 61 ölkə və iki hökumətlərarası təsisatın sahib olduğu Avropanın Yenidənqurma və İnkişaf Bankı Mərkəzi və Şərqi Avropa, eləcə də Mərkəzi Asiya ölkələrində bazar iqtisadiyyatının inkişafını və demokratiyanı dəstəkləmək mandatına malikdir. Son maliyyə böhranı Bankın fəaliyyət göstərdiyi bir çox ölkəni sarsıtmışdır və təsisat qlobal miqyasda baş verən həmin böhrandan çıxış yollarını axtarmalı olmuşdur. Bankın Zaqrebdə keçiriləcək illik toplantısına bir neçə gün qalmış qurumun prezidenti Thomas Mirow Bankın böhrandan hansı mühüm ibrət dərsləri çıxardığını açıqlayıb. “Söhbət yalnız investisiyaların artırılmasından getmir” – deyib o. Bank, iqtisadi artıma təkan verməyə çalışmalıdır.” Bankın prezidenti həmçinin deyib ki, ölkələr bir başa xarici sərmayelərdən asılılıqlarını azaltmalıdırlar, üzv ölkələr öz iqtisadiyyatlarını müasirləşdirməli və çoxşaxəli etməlidirlər; regionlar arasında iqtisadi nisbətin pozulmasına cəld reaksiya verilməlidir. Cənab Mirow-nun sözlərinə görə, Yenidənqurma və İnkişaf Bankı uzun müddətə sabit iqtisadi artımın təmin edilməsi üçün yeni artım proqramını işləməlidir. Yunanıstanda hazırda müşahidə olunan dərin iqtisadi və sosial problemlər Avropanın maliyyə bazarlarına hələ o qədər də təsir etmir. Özü də ki, Bank Yunanıstanda fəaliyyət göstərmir. Bununla belə, Thomas Mirounun dediyi kimi, Yunan faktoru Bolqarıstan, Rumıniya və Serbiya üçün potensial risk təşkil edə bilər. Mərkəzi Asiya və Qafqaz bölgəsinə gəldikdə isə, Bank özünün infrastruktur investisiyalarını davam etdirmək niyyətindədir. Əsas diqqət bu baxımdan enerji sahələri və enerji təhlükəsizliyi lahiyələrinə yönəldiləcək. BBC radiosuna müsahibəsində Yenidənqurma və İnkişaf Bankının prezidenti deyib ki, keçmiş Sovet respublikalarının hazırkı, müstəqillikdən əvvəlki dövrdən qalmış energetika infrastrukturu tam dəyişməli və müasir meyyarlara cavab verməlidir. Bəzi struktur islahatları həmin ölkələrin özləri həyata keçirməlidirlər, Bank isə bu ölkələrə öz potensiallarını inkişaf etdirməyə kömək edəcək, və ilk növbədə, hidro, külək və günəş enerjisinin əldə edilməsi sahələrində. Avropanın Yenidənqurma və İnkişaf Bankının prezidenti Qırğızıstandakı vəziyyətə də toxundu. O, bu ölkəyə öz nümayəndəsini göndərdiyini və qurumun ölkədə iqtisadi və siyasi sabitliyin yaradılıması üçün xüsusi işçi qrupunu təsis etməyə hazır olduğunu ifadə etdi. Cənab Mirounun bu təklifi Qırğızıstanın müvəqqəti lideri Roza Otunbayeva tərəfindən müsbət qarşılanıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*