Home » Beynəlxalq, Siyasət, Ümumi » Avropa İttifaqı viza məsələsində Rusiyaya güzəştə gedəcəkmi?


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Avropa İttifaqı viza məsələsində Rusiyaya güzəştə gedəcəkmi?

Viza rejiminin yüngülləşdirilməsi Rusiya – Avropa İttifaqının növbəti zirvə toplantısının əsas mövzularındandır. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, rəsmi Moskva bu işdə daha təkidlidir, ancaq Avropa İttifaqı müəyyən tərəddüd göstərir.
İttifaqla Rusiya arasında siyasi münasibətlər Cənubi Osetiyadakı müharibədən sonra xeyli gərginləşmişdi, ancaq indi, ekspertlərə görə, iqtisadi böhran qarşılıqlı assıllığı dərinləşdirir. 2 günlük Rusiya – Avropa İttifaqı sammiti Rostov-Don şəhərində keçirilir. Bu Lissabon müqaviləsinin qüvvəyə minməsindən sonra ilk sammtdir, odur ki, bu dəfə Rusiya prezidentinin tərəf müqabilləri İttifaqın prezidenti, Avropa komissiyasının başçısı və İttifaqın xariçi işlər üzrə ali nümayəndəsidir. Əvvələr sammitlərdə İttifaqı o cümlədən təşkilatdakı sədr ölkənin nümayəndəsi təmsil edirdi. Moskvada bildirilir ki, İttifaqdakı vahid və davamlı rəhbərlik ikitərəfli siyasi danışıqları da daha məhsuldar edə bilər. Məhsuldarlığı Moskva o cümlədən viza məsələsində gözləyir. Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib: “Ümidvaram ki, Rostovda məsləylə bağlı nə zaman və hansı şərtlərlə konkret işə başlanılması haqda danışıqlara əlavə təkan veriləcək”. İttifaqla Rusiya 6 ildir ki viza rejiminin yüngülləşdirilməsi və ümumən aradan götürülməsi məsələsini müzakirə edir və Moskvada bildirilir ki, o vizaları artıq indidən götürməyə hazırdı. Bu arada Avropa İttifaqı işə ehtiyyatla yanaşır və viza məsələsində Rusiyaya hələlik əhəmiyyətli qüzəştə getməyə hazır deyil. Əgər viza məsələsi bir elə irəliləmirsə, məsələn, iqtisadi münasibətlərdə əhəmiyyətli dəyişikliklər mümkündür. Rəylərə görə, son vaxtlara kimi Avropada rus kapitalının strateji mülkiyyətə maraq göstərməsinə şübhəylə yanaşılırdı. Eynilə Moskva da özünün aparıcı strateji aktivlərinə Avropa sərmayyəsinin gəlməsinə müəyyən ehtiyyatla yanaşırdı. Hazırda Rusiyalı şərhçi Boris Şmelyova görə, iqtisadi böhran tərəfləri daha üzüyola edir: “Rusiya böhrana görə xarici sərmayyənin cəlb olunmasına daha çox maraq göstərir. Həm Vladimir Putin, həm Dmitriy Medvedev dəfələrlə deyiblər ki, modernləşdirmə məsələsi Avropadan yatırımların cəlb olunmasıyla sıx bağlıdır. Eynilə Avropa. İqtisadi çətinliklərlə üzləşmiş Avropa rus şirkətlərinin bu və ya digər Avropa şirkətlərinin səhmlərini almasına indi daha loyal yanaşır”, deyir cənab Şmelyov. Eyni zamanda bir sıra şərhçilərə görə, iqtisadi məsələlərdə müəyyən mövqe yaxınlığı olsa da çox zaman İttifaqla Rusiya arasında özünəməxsus dünyagörüşü müxtəlifliyi hiss olunur. Bu ilk növbədə demokratiya, insan haqları, mətbuat azadlığı və s. kimi vacib dəyərlərə münasibəttə özünü göstərir.Rusiya – Avropa İttifaqı sammiti sabah iyunun 1-də bitməlidir. Müzakirəyə çoxsaylı məsələlər çıxarılsa da 1 sənədin imzalanacağı gözlənilir – bu da məxvi məlumatın qorunması haqda müqavilədir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*