Home » Beynəlxalq, Siyasət, Ümumi » Avropa İttifaqı avronun xilasına 600 milyard dollar ayırdı

Avropa İttifaqı avronun xilasına 600 milyard dollar ayırdı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Avropa İttifaqı bazarlara etimadsızlıq üzündən böhranla üzləşən avro zonasında olan ölkələrin iqtisadiyyatlarına 600 milyard dollar məbləğində vəsait ayırmaq barədə qərar qəbul edib.

Bu qərarı elan edərkən Avropa İttifaqının iqtisadiyyat və pul-kredit işləri kommissarı Olli Ren deyib ki, Aİ avronu müdafiə etmək üçün əlindən gələni əsirgəməyəcək. Avropa İttifaqı maliyyə nazirlərinin görüşü, əslində 11 saat davam edən danışıqlar formatını alıb.Bu danışıqların sonunda, nazirlər razılığa gəldikləri barədə bəyanat yayıblar. Avrozonada həftələrdir davam edən və etimadsızlıq üzündən yaranmış kəsir və borc şəraitində bu qərar avronun bir valyuta kimi müdafiə olunacağının siqnalıdır. Cənab Ren deyib ki, ayrılan vəsait bir neçə avro ölkəsinin iki il müddətində istifadə edəcəyi qədər böyük məbləğdir. Bu qərara birjaların reaksiyası müsbət olub. Bununla belə, bazarların tam müsbət reaksiyası üçün yardım paketinin detallarının açıqlanmasına ehtiyac var. Bu vəsaitin nə zaman hazır olacağı, hardan alınacağı və hansı şərtlərlə veriləcəyi açıqlanmalıdır.Britaniyanın maliyyə naziri bildirib ki, onun ölkəsi avro zonasına daxil deyil və yardım paketinin hazırlanmasında iştirak etməyəcək.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*