Home » Beynəlxalq, Siyasət, Ümumi » Avropa böhranla mübarizəyə 526 milyard dollar ayıracaq

Avropa böhranla mübarizəyə 526 milyard dollar ayıracaq

Avropa üçün böyük məbləğdə təminat fondunun elan edilməsindən az qala bir ay keçir. “Xüsusi təyinatlı mühərrik” adlandırılan bazarlar üçün bu doğrudan da böyük məbləğdir: 440 milyard avro və ya 526 milyard dollar, deyilir BBC-nin təhlilində. Bundan sonra isə məsələ bir az qarışdı, çünki ayrı-ayrı ölkələrin parlamentləri bu sxemi qəbul etməliydilər. Lakin Avropa İttifaqı maliyyə nazirlərinin Lüksemburqda keçirilən görüşündə elan edilib ki, avrodan istifadə edən ölkələr pulu banklardan iyunun axırından başlayaraq ala biləcəklər. Bu işə rəhbərlik üçün hətta xüsusi icraçı direktor vəzifəsi də yaradıldı. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, bu fond vəsaiti beynəlxalq qiymətli kağız bazarından toplayacaq. Bu bondlara təminat Almaniya və Fransa tərəfindən verildiyindən ümid edilir ki, təkbaşına kredit ala bilməyən ölkələr üçün ödənişlər ucuz faizlərlə həyata keçiriləcək.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*