Home » Biznes sfera və iqtisadiyyat, İdman, Ümumi » Bakı Futbol Üzrə Avropa Çempionatının oyunlarına ev sahibliyi edəcək

Bakı Futbol Üzrə Avropa Çempionatının oyunlarına ev sahibliyi edəcək

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_BAKI_Menzeresi

UEFA-nın İcraiyyə Komitəsi Avro-2020-nin final mərhələsinin oyunlarını qəbul edəcək 13 assosiasiyanı müəyyənləşdirib. Seçilən şəhərlər Cenevrə şəhərində, Espace Hippomene Sərgi Mərkəzindəki mərasimdə elan olunub. Beləliklə, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin 4 oyunu UEFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən, Bakıda keçiriləcək. Bunlardan biri 1/4 final mərhələsinin, digər 3-ü isə qrup mərhələsinin oyunları olacaq.

AgahMedia.Com informasiya portalı AFFA-nın rəsmi saytına istinadən, Avro-2020-nin oyunlarının keçiriləcəyi bütün şəhərlərin siyahısını diqqətinizə çatdırır:

İngiltərə/London – 1/2 finallar və final
Azərbaycan/Bakı – 3 qrup oyunu, 1 1/4 final oyunu
Almaniya/Münxen – 3 qrup oyunu, 1 1/4 final oyunu
İtaliya/Roma – 3 qrup oyunu, 1 1/4 final oyunu
Rusiya/Sankt-Peterburq – 3 qrup oyunu, 1 1/4 final oyunu
Belçika/Brüssel – 3 qrup oyunu, 1 1/8 final oyunu
Danimarka/Kopenhagen – 3 qrup oyunu, 1 1/8 final oyunu
Macarıstan/Budapeşt – 3 qrup oyunu, 1 1/8 final oyunu
Hollandiya/Amsterdam – 3 qrup oyunu, 1 1/8 final oyunu
İrlandiya/Dublin – 3 qrup oyunu, 1 1/8 final oyunu
Rumıniya/Buxarest – 3 qrup oyunu, 1 1/8 final oyunu
Şotlandiya/Qlazqo – 3 qrup oyunu, 1 1/8 final oyunu
İspaniya/Bilbao – 3 qrup oyunu, 1 1/8 final oyunu

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*