Home » Beynəlxalq, Ümumi » ATƏT PA-nın növbəti sessiyası Osloda keçiriləcək

ATƏT PA-nın növbəti sessiyası Osloda keçiriləcək

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə , ATƏT Parlament Assambleyasının 19-cu sessiyası iyulun 6-10-da Osloda keçiriləcək.

ATƏT-in mərkəzi ofisindən verilən məlumata görə, tədbirin müzakirə mövzusu “Qanunun aliliyi: Transmilli cinayətkarlıq və korrupsiya ilə mübarizə” olacaq.Tədbirdə ATƏT-in 56 iştirakçı ölkəsindən 300 nümayəndə iştirak edəcək. Dörd günlük sessiya zamanı ATƏT PA-nın üç baş komitəsi sessiyanın mövzusu ilə bağlı qətnamələri müzakirə edəcək, həmçinin iqlim dəyişikliyi, Yaxın Şərq sülh prosesi, nüvə təhlükəsizliyi, kibercinayət və Qırğızıstanda vəziyyət müzakirə olunacaq. Sessiyanın sonunda Oslo Yekun Bəyannaməsi imzalanacaq. ATƏT PA-nın prezidenti Joao Suareş, Norveç parlamentinin spikeri Dag Terje Andersen, Norveçin xarici işlər naziri Jonas Gahr Store və ATƏT-in baş katibi Mark Perrin de Brişambo sessiyada çıxış edəcəklər. Joao Suareşin fəaliyyət müddəti bitdiyinə görə sessiya zamanı yeni prezident seçiləcək. Assambleyanın üzvləri Petros Efthymiou (Yunanıstan) və Consiglio Di Nino (Kanada) bu posta öz namizədliklərini irəli sürüblər.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*