Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Asiya İnkişaf Bankı bu il Azərbaycana 340 milyon dollar kredit ayıracaq

Asiya İnkişaf Bankı bu il Azərbaycana 340 milyon dollar kredit ayıracaq

Asiya İnkişaf Bankı Azərbaycanla bağlı “Ölkə üzrə əməliyyatlara dair 2011-2013-cü illər üçün biznes planı”nı təsdiqləyib. 2012-ci ildə isə ölkə üzrə yeni tərəfdaşlıq strategiyasının hazırlanması planlaşdırılır.
AgahMedia.Com portalının “Media forum”-a istinadən məlumatına görə, Asiya İnkişaf Bankının Azərbaycanda daimi nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Tariyel Calallı bildirib ki, yeni biznes planına uyğun olaraq 2011-ci il ərzində bank Azərbaycana 340 milyon dollara yaxın kredit ayıracaq.
Biznes planına görə, Asiya İnkişaf Bankı nəqliyyat, enerji, su təminatı, kanalizasiya, şəhərdaxili xidmət sektorlarını dəstəkləməkdə davam edəcək. Nəqliyyat sektorunda bank Masallı-Astara yolunun maliyyələşdirilməsi üçün yeni kreditlər ayıracaq. Enerji sektoru ilə bağlı investisiya proqramı milli paylama şəbəkəsinin gücləndirilməsi və yenilənməsini, enerji təminatı ilə bağlı etibarlılığın artırılmasını, paylama zamanı itkilərin azaldılmasını, enerji sektorunun maliyyə, idarəetmə və əməliyyat sahələrinin təkmilləşdirilməsini nəzərdə tutur.  Şəhərdaxili xidmətlər sahəsində Asiya İnkişaf Bankı Azərbaycan hökumətinə ikinci dərəcəli şəhərlərdə su təminatı və kanalizasiya xidmətlərinin təkmilləşdirilməsinə yardım göstərəcək. Bank şəhərdaxili nəqliyyat layihələrinin maliyyələşdirilməsini də nəzərdən keçirə bilər.
Yeni biznes planını şərh edən Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib: “Biz biznes planını hazırlayarkən Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmışıq. AgahMedia.Com portalının “Media forum”-a istinadən məlumatına görə, plan ilk növbədə hökumət üçün prioritet təşkil edən infrastruktur layihələrin inkişaf etdirilməsini hədəfə alıb. Biznes planı Azərbaycan hökumətinin iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və diversifikasiyası ilə bağlı apardığı siyasətlə uzlaşır. Biz planın uğurla və effektiv şəkildə icra olunacağını gözləyirik”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*