Home » İslam, Sosial, Ümumi » Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahlar


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahlar

Məlum olduğu kimi, 2013-cü il noyabr ayının 14-ü Aşura gününə təsadüf edir. AgahMedia.Com informasiya portalının Qafqaz Müsəlmanları İdarəsinə istinadən məlumatına görə, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalıdır. Din xadimlərimizin moizələrində tarixi həqiqətlər öz əksini tapmalıdır. Xütbələrdə Qafqaz Müsəlmanları İdarəsinin məscidlərə payladığı «Axund və imamlar üçün xütbə nümunələri»ndə olan tövsiyələrdən istifadə olunması yaxşı olar. Təziyələrdə habelə Vətənimizin bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. İmam Hüseyn, Kərbəla şəhidlərinin əzadarlığı işığında Qarabağ şəhidlərinin yad olunması xüsusi önəm kəsb edir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir. Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməlidirlər.
Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsi kimi örnək olmalıdır. Belə ki, Qurani-Kərimdə buyurulduğu kimi, hər kəs bir insanın xilasına səbəb olarsa, sanki bütün insanları dirildir. Bu baxımdan, ehtiyacı olan xəstəni həyata qaytarmaq ən böyük savabdır. Bu əməlin həyata keçirilməsi, özlüyündə, Kərbəla şəhidlərinin məramına uyğun olub, onların ruhlarını şad edər, İnşallah!…

Aşurada qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı:

Yasamal rayonu – Təzə-pir məscidi

Yasamal rayonu – Hacı Soltanəli məscidi

Səbail rayonu – Bibi-Heybət ziyarətgah məscidi

Səbail rayonu – İçəri-şəhər Cümə məscidi

Suraxanı rayonu – Qaraçuxur məscidi

Xəzər rayonu – Mir Mövsüm ağa ziyarətgah məscidi

Nizami rayonu – Keşlə qəsəbə məscidi

Sumqayıt şəhəri – Cümə məscidi

Gəncə şəhəri – İmamzadə ziyarətgah məscidi

Mingəçevir şəhəri – Heydər məscidi

Şəki şəhəri – Cümə məscidi

Lənkəran şəhəri – Böyük bazar məscidi

Bərdə şəhəri – Cümə məscidi

Nəsimi rayonu – Hacı Əjdərbəy məscidi

 

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*