Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » “Asan Xidmət”in növbəti regional mərkəzi Sabirabadda istifadəyə veriləcək

“Asan Xidmət”in növbəti regional mərkəzi Sabirabadda istifadəyə veriləcək

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_ASAN_Xidmet_Logosu

Hazırda 6  “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 4-ü Bakıda, 2-si Sumqayıt və Gəncə şəhərlərindədir. Bu ilin sonunadək Sabirabadda regional mərkəzin istifadəyə verilməsi nəzərdə tutulur. Bu mərkəz Sabirabad rayonu ilə yanaşı, ətraf rayonların sakinlərinə də xidmət göstərəcək.

AgahMedia.Com informasiya portalının “AzərTAc”a istinadən xəbərinə görə, bu barədə məlumat verən “ASAN Xidmət”in ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov bildirib ki, bundan əlavə, gələn il Bərdə, Masallı və Qəbələ rayonlarında   “ASAN xidmət” mərkəzlərinin təsis edilməsi planlaşdırılır. “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlarda isə səyyar formada xidmətlər göstərilir.  “Yaxın günlərdə, həmçinin bizim yeni səyyar avtobuslarımız istismara buraxılacaq. Onlar da “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlara səfər edərək yerlərdə vətəndaşlara səyyar formada xidmət göstərəcəklər.”

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*