Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » “ASAN Xidmət”lə kupça almaq asanlaşdırıldı


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

“ASAN Xidmət”lə kupça almaq asanlaşdırıldı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_ASAN_Xidmet_Logosu

Prezident İlham Əliyevin növbəti fərmanı ilə səlahiyyətləri daha da artırılan “ASAN Xidmət” Mərkəzləri ilə vətəndaşların rahatlığının təmin olunması istiqamətində xidmətlərin əhatəsi genişlənməkdə davam edir. Əgər indiyə kimi vətəndaşlar “ASAN Xidmət” Mərkəzlərindən yalnız “Forma 1″ ala bilirdilərsə, bundan sonra mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının isə təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, yəni kupça və texniki pasportları da ala biləcəklər. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, ”ASAN XİDMƏT”in sektor müdiri Anar Hüseynov bildirib ki, hazırda həmin xidmətlərin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. “Vətəndaşlarımıza tövsiyəmiz odur ki, bütün rüsumlara bağlı, ətraflı məlumatlarla bağlı 108 qaynar xəttimizə zəng vursunlar. Və bu zənglər stasionar telefonlardan tam pulsuzdu”.
”Asan Ödəniş” sisteminə uyğun olaraq vətəndaşlar bütün inzibati cərimələrini xüsusi terminallar vasitəsi ilə ödəyə biləcəklər. Bu terminallar şəhərin bütün ictimai yerlərində quraşdırılacaq. Daha bir yenilik yol hərəkatı qaydalarını pozanların cərimələri ilə bağlıdır.
“ASAN XİDMƏT”in sektor müdiri bu barədə məlumat verib: “Vətəndaşlara mail və ya telefonlarına xüsusi qurğularla çəkilmiş şəkil və videolar göndəriləcək və cərimə haqqında məlumat da daim göndəriləcək. Vətəndaşlar ödənişləri də telefon vasitəsi ilə həyata keçirə biləcəklər.

Bundan başqa “ASAN xidmət” mərkəzləri yaşayış yeri üzrə qeydiyyata alındığı və ya çıxarıldığı hallarda, vətəndaşların hərbi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, həmçinin xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərin təsdiqini də həyata keçirəcək.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*