Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » “ASAN xidmət” tərcümə xidmətini daha da asanlaşdırdı

“ASAN xidmət” tərcümə xidmətini daha da asanlaşdırdı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_ASAN_Xidmet_Logosu

AgahMedia.Com informasiya portalının “ASAN Xidmət”dən aldığı məlumata görə, vətəndaşlar artıq “ASAN xidmət” mərkəzlərinə getmədən də evdən, işdən və ya internet olan istənilən məkandan sənədlərini tercume.asan.az internet səhifəsi vasitəsi ilə göndərərək tərcümə xidmətindən yararlana biləcəklər.

Belə ki, tərcümə olunacaq sənədin şəkili və ya hər hansı formada elektron variantı saytda müvafiq xanaya yüklənilir, sənədin tərcümə olunacağı dil seçilir və kuryer xidmətindən istifadə edilib edilməyəcəyi qeyd olunur.

Əgər vətəndaş kuryer xidmətini seçməyibsə, o zaman sənədi hansı “ASAN xidmət” mərkəzindən götürmək istədiyini qeyd edir. Kuryer xidməti seçildiyi təqdirdə isə hazır sənəd vətəndaşın ünvanına çatdırılır.

Sənəd qəbul olunub baxıldıqdan sonra tərcümənin vaxtı və ödəniləcək məbləğ haqqında məlumat vətəndaşa elektron poçt vasitəsilə göndərilir.

Vətəndaş onlayn ödəniş etdikdən sonra sənəd tərcümə edilməyə başlanılır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*