Home » Beynəlxalq, Siyasət, Ümumi » AŞ PA-nın qış sessiyasının gündəliyi açıqlandı

AŞ PA-nın qış sessiyasının gündəliyi açıqlandı

Sessiya 24-28 yanvarda Strasburqda keçiriləcək.Sessiyanın ilk iş günündə Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı hesabat müzakirə olunacaq.

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə,Azərbaycanda keçirilmiş parlament seçkiləri də Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində yanvar 24-də müzakirə olunacaq. Artıq sessiyanın gündəliyi açıqlanıb. AŞ PA-nın qış sessiyası 24-28 yanvarda Strasburqda keçiriləcək. Yanvarın 24-də AŞ PA Bürosu və Daimi Komitə Azərbaycanda parlament seçkilərində tərəqqini müzakirə edəcəklər. Azərbaycanda seçkiləri müşahidə etmiş AŞ PA missiyasının üzvü Tadeuş İvinski noyabrın 7-də apardıqları müşahidələrlə bağlı hesabatı təqdim edəcək.
İclasda həmçinin Moldovada keçirilmiş parlament seçkiləri ilə bağlı hesabat da dinləniləcək. Sessiya çərçivəsində jurnalistlər üçün informasiya mənbələri, Avropa Şurasında islahatların aparılması, “Şərq Tərəfdaşlığı” proqramı və onun Şərqi Avropada iqtisadi inkişafa təsiri, Kosovo məsələsi, Gürcüstanda demokratik institutların inkişafı, Bern Konvensiyasının yerinə yetirilməsi məsələləri də müzakirə olunacaq.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*