Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » “Aqrolizinq” ASC xidmətlərinin qiymətlərini açıqladı

“Aqrolizinq” ASC xidmətlərinin qiymətlərini açıqladı

“Aqrolizinq” ASC-nin qurumları vasitəsilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən xidmətlərin qiymətləri açıqlanıb. AgahMedia.Com informasiya portalının “AzərTAc”-a istinadən məlumatına görə, İqtisadi İnkişaf Nazirliyindən bildirilib ki, 1 hektar sahədən taxıl biçini 27 manat, 1 hektar yem bitkilərinin özüyeriyən otbiçənlə biçilməsi 22 manat, 1 hektar yem bitkilərinin rotorlu otbiçənlə biçilməsi 14 manat, otun, küləşin (1000 kipi bir gündə) preslənməsi 100 manat, 1 hektar sahəyə dənli bitkilər toxumunun səpin işləri 10 manat, 1 hektar şumun 22-27 santimetr dərinlikdə (orta müqavimətli torpaq) aparılması 25 manat, 1 hektar suvarılan və bərk torpaqda 27 santimetrdən dərin şum işi 27 manat, 1 hektar dəmyə və yumşaq torpaqda 22-32 santimetr dərinlikdə şum işi 24 manat, 1 hektar sahənin rotasion mala ilə şumlanması 16 manat, çalaqazanın bir günlük iş norması (gündə 120 çala) üçün 60 manat, cərgələrarası becərmədə kultivasiya işləri 10 manat, 1 hektar sahəyə qollu çiləyici ilə dərman çilənməsi 10 manat, 1 hektar sahəyə ventilyatorlu çiləyici ilə dərman çilənməsi 12 manat, 1 hektar sahəyə çiyid (pambıq) əkini işləri 12 manat, 1 hektar sahədən pambıq yığımı 60 manat, 1 hektar sahədən çuğundur çıxarılması 60 manat, 1 hektar sahəyə kartofun basdırılması 50 manat, 1 hektar sahədən kartof çıxarılması 40 manat, 1 hektar sahəyə diskli mala çəkilməsi 8 manat, səpinqabağı hamarlama işləri 7,5 manat, 1 hektar sahəyə mineral gübrə verilməsi üçün 8 manat məbləğ müəyyən edilmişdir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*