Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Antiinhisar Siyasəti Dövlət Xidmətinin 2011-ci ilin I yarısında tətbiq etdiyi sanksiyaların məbləği yarım milyon manatdan artıq olub

Antiinhisar Siyasəti Dövlət Xidmətinin 2011-ci ilin I yarısında tətbiq etdiyi sanksiyaların məbləği yarım milyon manatdan artıq olub

AgahMedia.Com portalının “İnterfax Azərbaycan” agentliyinə istinadən məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 2011-ci ilin I yarısında sahibkarlara 575,1 min manat məbləğində inzibati cərimə sanksiyaları tətbiq edib. Bu barədə nazirliyin məlumatında deyilir.
“Hesabat dövründə normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan, istifadə müddəti bitmiş, həmçinin mənşəyi məlum olmayan 78,1 ton qida məhsulu satışdan çıxarılaraq məhv edilib”, – deyə məlumatda vurğulanır. 2011-ci ilin yanvar-iyun aylarında xidmət qeyri-sağlam rəqabətə görə təsərrüfat subyektləri barəsində 155 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*