Home » Beynəlxalq, Diaspora, Ümumi » Ankarada Türkiyə-Azərbaycan Dərnəyinin təqdimatı olub

Ankarada Türkiyə-Azərbaycan Dərnəyinin təqdimatı olub

AgahMedia.Com portalının Diasporla İş üzrə Dövlət Komitəsinə aldığı məlumatına görə, Türkiyənin paytaxtı Ankarada yeni təşkilat – Türkiyə-Azərbaycan Dərnəyinin təqdimatı olub.

“TürkSAM”ın Ankara ofisində baş tutan mərasimdə Azərbaycan və Türkiyənin siyasətçiləri, dövlət, hökumət nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, habelə Azərbaycan və türkiyə jurnalistləri iştirak ediblər. Toplantıda aktual problemlər, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi və iki qardaş xalqın həmrəyliyinin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu müzakirə olunub. Türk Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan dərnəyin rəhbəri seçilib. O bildirib ki, “yeni təşkilat klassik mənada dərnək olmayacaq və peşəkar lobbiçilik siyasətinin yürüdülməsi məqsədilə yaradılıb. Bu təşkilat Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri, Xocalı soyqırımı, ermənilərin Türkiyəyə və Azərbaycana qarşı əsassız torpaq iddiaları, erməni terroru kimi məsələlərin dünya ictimaiyyətinə çatdırılması və ermənilərin yalan üzərində qurulmuş siyasətinin iflası istiqamətində güclü iş aparacaq”. Təqdimat mərasimində dərnəyin fəaliyyət istiqamətləri, həyata keçiriləcək intellektual tədbirlər ətrafında da fikir mübadiləsi aparılmış, təşkilati məsələyə baxılıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*