Home » Beynəlxalq, Şou biznes və Mədəniyyət, Ümumi » Ancelina Coli Suriya qaçqınlarına yardım etdi

Ancelina Coli Suriya qaçqınlarına yardım etdi

Hollivud ulduzu Ancelina Coli Suriyalı qaçqınlara 100 min dollar ianə edib. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, maddi humanitar yardım haqqında məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yayıb. Ümumdünya Qaçqınlar Günündə xeyriyyə köçürümü etmiş aktrisa, qaçqınların və məcburi köçkünlərin problemlərinin yalnız siyasi yolla deyil, eyni zamanda humanitar yolla həll edilməli olduğunu bildirib. Coli beynəlxalq ictimaiyyətin özünü belə münaqişələrin qarşısına alınması və onların çözülməsinə həsr etməli olduğunu vurğulayıb.Qeyd edək ki, Ancelina Coli 2001-ci ildən adıçəkilən BMT agentliyinin xoşməramlı səfiridir. Cari ilin əvvəlində isə aktrisa agentliyin xüsusi nümayəndəsi seçilib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*