Home » Şou biznes və Mədəniyyət, Ümumi » Ancelina Coli Moskvaya gəldi

Ancelina Coli Moskvaya gəldi

Holluvudun məşhur aktrisası Ancelina Coli son olaraq çəkildiyi filmin, “Salt”ın təqdimatı üçün dörd övladı ilə birlikdə Rusiyanın paytaxtı Moskvaya gəlib.

AgahMedia.Com portalının SİA- istinadən məlumatına görə, Moskvada filmin ilk nümayişində iştirak edən Coli qonaqları rus dilində salamlayıb. Colinin baş rolunu oynadığı filmdə rus casusu olmaqla günahlandırılan CIA agenti Evelin Saltın ləkələnn adını təmizə çıxarmaq uğrunda apardığı mübarizədən bəhs edilir. Jurnalistlərin, son günlərdə yaşanan casus qalmaqalı ilə bağlı suallarına isə Coli, “Məncə, əlaqədar ölkələrin dövlət başçıları bu hadisəni çox gözəl həll edib”, deyə cavablandırıb. Bundan başqa, Colinin Moskvada qaldığı müddət ərzində kiçik bir qalmaqal da yaşanıb. Colinin qaldığı “Ritz Carlton Oteli”ndə çalışan bir nəfər məşhur sənətçinin şəklini çəkdiyinə görə işdən çıxarılıb. Belə ki, aktrisa otelə gəlməzdən əvvəl rəhbərliklə heç bir gizli və icazəsiz şəklinin çəkilməyəcəyi ilə bağlı razılıq əldə edib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*