Home » Beynəlxalq, Siyasət, Ümumi » Amerikanın Azərbaycanda yeni səfiri Metyu Brayza oldu


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Amerikanın Azərbaycanda yeni səfiri Metyu Brayza oldu

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ölkənin xarici ölkələrdəki yeni səfirlərini elan edib.Onların arasında Azərbaycanda və Qafqaz bölgəsində yaxşı tanınan Mətyu Brayza da var.

ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, eyni zamanda dövlət katibi müavininin yardımçısı Mətyu Brayza Azərbaycan Respublikasına səfir təyin edilib. Bundan əvvəl xeyli müddət idi ki, ABŞ-ın Bakıdakı elçiliyi boş qalmışdı və təhlilçilər bunu Vaşinqtonun Azərbaycana ən azı etinasızlıq mesajı kimi qiymətləndirirdilər. İndi isə çox güman ki, bu təyinat Vaşinqtonun Qarabağ çözümünə diqqətinin göstəricisi kimi qiymətləndiriləcək.Ağ Evin saytındakı məlumatda bildirlir ki, Mətyu C. Brayza xarici işlər xidmətinin peşəkar diplomatıdır və hazırda dövlət katibinin Avropa və Avrasiya üzrə müavininin köməkçisidir. Bundan əvvəl cənab Brayza Ağ Evdə Milli Təhlükəsizlik Şurasınında Avropa və Avrasiya üzrə direktor kimi çalışıb.O həmçinin Xəzər hövzəsi energetika diplomatiyası üzrə prezidentin və dövlət katibinin müşaviri vəzifələrini yerinə yetirib.O, bir diplomat kimi əvvəllər Rusiya və Polşada fəaliyyət göstərib.Tafts Universiteti nəzdində Fletçer Məktəbinin Qanun və Diplomatiya kafedrasında alimlik dərəcəsini müdafiə edib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*