Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Maraqlı, Ümumi » Amerikanın ən varlı sakinlərinin adları açıqlandı

Amerikanın ən varlı sakinlərinin adları açıqlandı

“Forbes” jurnalı ABŞ-ın 400 ən varlı sakininin adlarını açıqlayıb. AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə, var-dövləti 59 milyard ABŞ dolları məbləğində qiymətləndirilən “Microsoft” şirkətinin təsisçisi və rəhbəri Bill Qeyts dalbadal 18-ci dəfədir siyahıya liderlik edir. Reytinq cədvəlinin ikinci pilləsi də dəyişməz qalıb. Bu yerdə yenə Qeytsin bir çox xeyriyyə layihəsinin sərmayəçisi və ortaq müəllifi Uorren Baffett dayanır. Onun var-dövləti 39 milyard dollar təşkil edir.
Siyahının üçüncü pilləsini “Oracle” korporasiyasının yaradıcılarından olan Larri Ellison (33 milyard dollar) tutur.
Bu il varlılar siyahısının birinci onluğuna Corc Sorosun da adı düşüb. 22 milyard dollarlıq var-dövlət sahibi olan Sorosun adı siyahıda yeddinci yerdədir.
Sosial şəbəkələrin yaradıcılarından “Facebook” un banisi Mark Suxerberq (17 milyard) reytinq cədvəlinin 14-cü, “Google”un nümayəndələri Sergey Brin və Larri Peyc 15-ci, “Apple”nin yaradıcısı Stiv Cobs isə 39-cu pillələrində yer alıblar.
400 ən varlı sakinin reytinq cədvəlində erməni sahibkar Kirk Kerkoryanın da adı var. O, siyahıda 117-ci yerdə göstərilib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*