Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Amerikada vergilər rekord həddə aşağı düşdü

Amerikada vergilər rekord həddə aşağı düşdü

AgahMedia.Com informasiya portalının “AzərTAc”a istinadən məlumatına görə, ABŞ Konqresinin büdcə idarəsinin hesabatında qeyd edilmişdir ki, 2009-cu ildə ölkə vətəndaşlarının əksəriyyəti üçün orta vergi göstəricisi ən aşağı həddinə – 1979-cu ilin göstəricisində olduğu kimi 17,4 faizə düşmüşdür.
Bəzi amerikalılar üçün isə vergilər yüksəlmişdir. Misal olaraq qazancı 1,2 milyon dollar məbləğində olan varlı amerikalılar üçün orta gəlir vergisi 28,1 faizdən (2008-ci il) 28,8 faizə yüksəlmiş, 64,3 min dollara yaxın qazancı olan orta ev təsərrüfatı sahibləri üçün gəlir vergisi 11,6 faizdən 11,1 faizə düşmüşdür.
Hesabatda bildirilmişdir ki, ABŞ prezidenti Barak Obama tərəfindən qəbul edilmiş güzəştlər sayəsində vergilərin bəziləri ixtisar olunmuşdur. Orta vergi göstəricilərinin hesabatı 2009-cu il üçün verilmişdir. Amma tədqiqatçılar belə hesab edirlər ki, 2010-2011-ci illərdə bu göstərici ABŞ-ın vergi tarixində minimum həddə düşmüşdür.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*