Home » Beynəlxalq, Siyasət, Ümumi » Amerika prezidenti mobil və oyun qurğularını tənqid etdi

Amerika prezidenti mobil və oyun qurğularını tənqid etdi

iPad və PlayStation 3 kimi qurğular informasiyanın əyləncə mənbəyinə çevrilməsinə görə ABŞ Prezidenti Barak Obamanın tənqidinə məruz qalıb.
ABŞ dövlət başçısı hesab edir ki, müasir telekommunikasiya vasitələri demokratik cəmiyyət dəyərlərinə çox vaxt riayət etmirlər. “Hətta necə işlədiklərini belə bilmədiyim iPod, iPad, Xbox və PlayStation kimi qurğuların meydana çıxması ilə informasiya istifadəçi fikrini yayındıran faktora, əyləncə növlərindən birinə çevrilib və insan hüquqlarının genişləndirilməsi istiqamətində istifadə olunan bir alət kimi qüvvəsini itirib”, – SecurityLab Barak Obamanın sözlərini sitat gətirir. AgahMedia.Com portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, prezident Obama təəssüflə bildirib ki, çığır-bağırtı salan bloqlar və sakitləşməyən radiodalğalar ucbatından “bəzi ağlasığmaz tələblər qısa müddətdə iddia və narazılığa çevrilə bilər”. Onun sözlərinə görə, müasir informasiya yayımı vasitələri auditoriyanı bəzən düzgünlüyü şübhə altında olan kontentlə “təngə gətirir”. Bununla yanaşı, məlumdur ki, ABŞ Prezidenti BlackBerry smartfonlarının böyük həvəskarıdır. Hətta prezident seçkilərində qalibiyyətindən sonra belə Barak Obama bu smartfonların istifadəsindən imtina etmək istəməyib, seçki kompaniyası zamanı isə internetdən fəal sürətdə istifadə edib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*