Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Almaniya-Azərbaycan biznes forumu keçirilib

Almaniya-Azərbaycan biznes forumu keçirilib

«Almaniya və Azərbaycan arasında qeyri-neft sektorunda əməkdaşlıq üçün geniş imkanlar var. Iki ölkənin iş adamları bundan istifadə etməklə uğurlu iş birliyinə nail ola bilərlər». AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, bu fikirlər 11-ci Almaniya-Azərbaycan biznes forumunda səslənib.

 Azərbaycana gələn alman iş adamları müxtəlif sahələrdə iş birliyində maraqlıdırlar. Almaniyanın İqtisadiyyat və Texnologiya Nazirliyinin əməkdaşı Andreas Neuman qeyd etdi ki, “Azərbaycan sürətlə inkişaf edir. Azərbaycanla Almaniya arasında 2009-cu ildə maliyyə böhranına görə ticarət dövrüyyəsi bir qədər azalmışdı. Lakin 2010-cu ildən yenidən artım müşahidə olunur. Deyə bilərəm ki, bu ilin ilk 6 ayı ərzində iki ölkənin ticarət dövrüyyəsində 30 faiz artım olub. Hesab edirəm ki, bu il ticarət dövrüyyəsi 2 milyard avronu ötəcək. Azərbaycanda qeyri neft sektoru da sürətlə inkişaf edir. Alman iş adamları bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Düşünürəm ki, iş adamları bu sahədə uğurlu layihələrə nail olacaqlar”. Biznes forumda o da vurğulandı ki, Almaniya və Azərbaycan kənd təsərrüfatı sahəsdində əməkdaşlığı xeyli genişləndirib. Təkcə ötən il Almaniyadan 770 baş cins mal-qara alınıb. Bu ilin sonunadək ölkəyə Almaniya və Avstriyadan daha 615 baş cins damazlıq gətiriləcək.Qeyd edək ki, tədbir çərçivəsində Almaniya və Azərbaycan iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək. Forum çərçivəsində Almaniyalı iş adamlarının Gəncəyə də səfəri gözlənilir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*