Home » Maraqlı, Ümumi » Alimlər insanları qocaldan qidanın adını açıqladı

Alimlər insanları qocaldan qidanın adını açıqladı

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Dünya alimləri soyanın insan orqanizminə təsirini araşdırıblar. Təcrübələr dağsiçanların üzərində aparılıb.

Tədqiqatlar zamanı siçanlara müntəzəm olaraq soya tərkibli qidalar verilib. Nəticədə tədqiqatda iştirak edən dağsiçanları digərlərindən tez qocalmağa başlayıb.
Analizlər göstərib ki, soya tərkibli qidaları yeyən heyvanların orqanizmində hormonal dəyişikliklər baş verib. Bunun nəticəsində həmin heyvanlar nəsilartırma qabiliyyətini itirib. Bu səbəbdən həkimlər tərkibində soya proteini olan qidalardan uzaq durmağı və onun əvəzində qıcqırmış soya tərkibli yeməklərə üstünlük verməyi məsləhət görürlər.
Qeyd edək ki, hazırda dünya istehlakçıları soyanı qida sənayesində daha çox istifadə edir. Soya vegetarianların yeməkləri ilə yanaşı, uşaq sıyıqlarının, içki və şokolad batonlarının tərkibində də var.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*