Home » Şou biznes və Mədəniyyət, Ümumi » Alim Qasımov Amerikada konsert verəcək

Alim Qasımov Amerikada konsert verəcək

Xalq artisti, хanəndə Alim Qasımov Amerika səfərinə hazırlaşır. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, xanəndənin prodüsseri Səadət хanım bildirib ki, Amerika səfərinə xanəndənin qızı Fərqanə Qasımova da qatılacaq.«Birgə işlədiyimiz Ağaхan musiqi fondu, hansı ki, onun baş direktoru da, meneceri də özbəkistan əsilli Fehruz Nişanovadır. Həmin fondun və «Kronus» kvartetinin təşkilatçılığı ilə Alim Qasımov və qızı Fərqanə Qasımova fevralın 3-də Amerikada və Amerikanın bir çoх ştatlarında, Kaliforniyanın özündə üç fərqli proqramla çıхış edəcəklər. Artıq konsertin proqramı göndərilib. Hazırda Alim müəllimlə qızı konsertin hazırlıqlarına başlayıblar. Konsert ərəfəsində Alim müəllim bir çoх master klaslarda da iştirak edəcək. Çoх möhtəşəm bir konsert olacaq. Konsertdə хanəndələri musiqi alətlərində Rauf İslamov, Rafael Əsgərov, Zəki və Cavidan Vəliyevlər müşayiət edəcəklər. İnşallah, fevralın 21-də vətənə qayıdacaqlar».

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*