Home » Sosial, Təhsil sektoru » Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_TQDK_LOGO

AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər 2013-cü il aprelin 9-dan mayın 17-dək internet vasitəsilə elektron ərizələrini doldura və tələb olunan sənədləri aprelin 15-dən mayın 17-dək müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirə bilərlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
Qeyd: Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini aprelin 9-dan mayın 17-dək Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq edə bilərlər:
Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən abituriyentlər;

Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər;

2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər.

Ərizə qəbulu elanının tam mətni “Abituriyent” jurnalının 2-ci sayında dərc olunmuşdur. Abituriyentlər ərizələrini təsdiq etdirəcəkləri Sənəd Qəbulu Komissiyaları, onların ünvanları və tələb olunan sənədlər barədə məlumatları həmin jurnal vasitəsilə əldə edə bilərlər.

Jurnalda həmçinin aşağıdakı materiallar təqdim edilmişdir:
Elektron ərizə verən abituriyent üçün təlimat, “Elektron ərizə”nin doldurulma qaydası və nümunəsi
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə)
2012-ci ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları
Bəzi test tapşırıqlarının izahı və tövsiyələr
Abituriyentlər üçün elmi-metodiki məqalələr
Qabiliyyət imtahanlarının keçirilməsi şərtləri

Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini təsdiq etdirdikdən sonra, mayın 1-dən 20-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim et­mək­lə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seç­dikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiy­yata alınırlar. Qeydiyyata alınmış abitu­ri­yentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imta­hanlarında iştirak edirlər. Test imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abitu­riyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahan­larında iştirak edirlər. Qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar “Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərt­ləri”ndə və “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri”ndə verilmişdir.

2012-ci ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları
Ötən ilin tələbə qəbulu müsabiqəsində ixtisaslar üzrə formalaşmış keçid ballarının abituriyentlər üçün ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə oriyentir rolunu oynaya biləcəyi nəzərə alınaraq jurnalın bu sayında 2012-ci ilin qəbul imtahanlarında ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən, hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrar­lanan meyllər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər keçid ballarına istinad edərkən onların hər ilin müsabiqə nəticələrindən asılı olaraq dəyişməsini nəzərə almalıdırlar.

­ Bəzi testlərin izahı və tövsiyələr
Ali məktəblərə ötənilki qəbul imtahan­la­rı­nın nəticələri ənənəvi olaraq TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlarda geniş müzakirə edil­miş və təhlillər aparılmışdır. Bu araşdırmalar nəticəsində məlum olmuşdur ki, abituriyentlərin bir qismi sadə və orta səviyyəli sualların həllində qənaətbəxş bilik və bacarıq nümayiş etdirsələr də, müəyyən mövzulara aid test tapşırıqlarının yerinə yetirilməsində çətinlik çəkmişlər. Bununla əlaqədar jurnalda ayrı-ayrı fənlər üzrə ikinci qəbildən olan test tapşırıqlarının izahlı təhlili verilib. Bu materiallarla tanışlıq qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün çox faydalı olacaq.

­ Abituriyentlər üçün elmi-metodiki məqalələr

Bu bölmədə müxtəlif fənlərin mövzu dairəsi nəzərə alınmaqla müasir dövrdə ölkəmizdə və dünyada baş verən aktual hadisə və proseslərlə, həmçinin ayrı-ayrı elm sahələrində olan yeniliklərlə bağlı abituriyentlərin məlumatlandırılması, onların dünyagörüşünün zənginləşdirilməsi məqsədilə məqalələr təqdim olunur. Bu məqalələrlə tanış olmaqla abituriyentlər qeyd olunan mövzular üzrə zəngin və maraqlı məlumat əldə edəcəklər.
­ İş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər

Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 və 7735 nömrələrindən “Elektron ərizə vermək üçün ödəmə kartı” və ya “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər.

“Elektron ərizə vermək üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2, “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir. Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

3 Responses to Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır

  1. kartla,online odeme karti alamaq mumkundur??

  2. AgahMedia.Com

    Salam, Elina xanım!

    Öncə, AgahMedia.Com portalını izlədiyiniz üçün, Sizə təşəkkür edirik! Sualınıza uyğun olaraq, virtual ödəmə kartlarının alışı üçün bu linkə müraciət edə bilərsiniz. >>> http://tqdk.3dsecure.az/

    İstərsəniz,(+994 12) 440-30-09 telefon nömrəsi vasitəsilə də TQDK ilə əlaqə saxlayaraq bu barədə dəqiq məlumat ala bilərsiniz.

    Sizə Uğurlar Arzulayırıq!

  3. Kolleclere daxil olmaq ucun hansi senedler lazimdir? ve ne vaxta qeder tesdiq etdirmeliyik???

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*