Home » Sosial, Təhsil sektoru, Ümumi » 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən müsabiqənin nəticələri

2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən müsabiqənin nəticələri

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_TQDK_LOGO

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Nəticələrlə bu linkə daxil olaraq tanış ola bilərsiniz. >>> https://eservices.tqdk.gov.az/netbakmus1/PageParol.aspx

Abituriyentlər yerləşdirmənin nəticələri barədə məlumatı mobil telefonla da öyrənə bilərlər. Bunun üçün abituriyentlərin öz iş nömrələrini (bütün mobil operatorlardan) 7727 nömrəsinə göndərmələri kifayətdir.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 7-də «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaq. Jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək mümkündür.

AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 08-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Ali təhsil müəssisələrinin müsabiqəsində 35995 abituriyent iştirak etmişdir. Onlardan 33623 nəfəri ali təhsil müəssisələrinə qəbul olmuşdur. Qəbul olmuş abituriyentlərdən 29666 nəfəri Azərbaycan, 3957 nəfəri isə rus bölməsi üzrə təhsil alacaq. Abituriyentlərdən 16129 nəfərini oğlanlar, 17494 nəfərini qızlar təşkil edir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 7-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 8-dən 13-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunmuşdur). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*