Home » Beynəlxalq, Maraqlı, Təhsil sektoru, Ümumi » Ali təhsil müəssisələrinin dünya reytinqində Kembric Universiteti birinci oldu

Ali təhsil müəssisələrinin dünya reytinqində Kembric Universiteti birinci oldu

Böyük Britaniyanın Kembric Universiteti Harvard Universitetini geridə qoyaraq ali təhsil müəssisələrinin dünya reytinqində birinci yerə çıxıb. Harvard isə reytinqdə 2-cidir. Məlumatı Böyük Britaniyanın konsaltinq şirkəti dərc edib.
AgahMedia.Com informasiya portalının İ TV -yə istinadən məlumatına görə, bu siyahının ilk onluğuna Amerkanın 6, Britaniyanın isə 4 universiteti daxildir. Onların arasında Massaçusets Texniki İnstitutu, Yel və Oksford Universitetləri var.
Reytinqin ikinci onluğuna ABŞ-dan 7 təhsil müəssisəsi, İsveçrədən 1, Kanadadan 1 və Böyük Britaniyadan 1 ali məktəb daxildir. Tokio Universiteti 25-ci yerdə qərarlaşıb. Paris Ali məktəbi 33-cü, Pekin Universiteti 46-cı, Alman Heydelberq Universiteti isə siyahıda 53-cü yerdədir.
Lomonosov adına Moskva Dövlət Universiteti siyahıda 112-ci yeri tutub. MDU-dən aşağı pillədə İtaliyanın Bolonya Universiteti (183-cü yer), Yaponiyanın Vaseda (185-ci yer) və Keyo (188-ci yer) Universitetləri yerləşib.
Reytinq müəyyənləşdirilən zaman tədqiqat proqramlarının səviyyəsi, tələbələrin tədrisin səviyyəsindən razılığı, ali məktəbi bitirdikdən sonra iş tapmaq perspektivi və digər meyarlar əsas götürülüb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*