Home » Sosial, Təhsil sektoru, Ümumi » Ali məktəblərə qəbul balları aşağı salına bilər

Ali məktəblərə qəbul balları aşağı salına bilər

Təhsil Nazirliyi paytaxtdan kənar ali təhsil müəssisələrinə qəbul ballarının Bakıdakı ali məktəblərlə müqayisədə aşağı salınması təklifi ilə çıxış edib. Bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, nazir ali məktəblərin ödənişli ixtisaslarına qəbul olunan məcburi köçkün tələbələrin ödənişdən azad olunduqlarını da xatırladaraq “biz istəyirik ki, bunun üçün büdcədə kompensasiya nəzərdə tutulsun” deyib. O həmçinin, 2011-ci ildə tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürüləcəyini, bu işə ilk olaraq Bakı Dövlət Universitetinin yataqxanalarından başlanacağını bildirib.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*