Home » Sosial, Ümumi » Ali məktəblərə imtahansız qəbul olmaq istəyənlərdən 41-nin sənədi təsdiqlənib

Ali məktəblərə imtahansız qəbul olmaq istəyənlərdən 41-nin sənədi təsdiqlənib

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə , Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə imtahansız qəbul olunmaq üçün müraciət edən 63 nəfərin sənədlərinin ilkin araşdırmasını başa çatdırıb.

TQDK-dan verilən məlumata görə, komissiya müsabiqədənkənar qəbul olmaq istəyən 9 nəfərin sənədlərini qəbul etməyib.Müsabiqəsiz sənəd qəbulu üçün 54 dünya və Avropa çempionu, musiqi müsabiqələri üzrə 3, rəsm üzrə isə 1 qalib müraciət edib. Araşdırma zamanı məlum olub ki, musiqi sahəsi üzrə sənəd verən 3 nəfərdən 2-nin, rəsm üzrə sənəd verən 1 nəfərin iştirak etdiyi müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi siyahıya uyğun gəlsə də, Nazirlər Kabinetinin iyunun 25-də təsdiqlədiyi “Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı”na uyğun gəlməyib. Bu səbəbdən həmin şəxslərin sənədləri təsdiqlənməyib. Komissiyadan bildirilib ki, idman sahəsi üzrə müraciət edən 54 nəfərdən 41-nin sənədi təsdiqlənib. TQDK qalan 13 idmançının qalib gəldiyi yarışların beynəlxalq səviyyəli olduğunu müəyyənləşdirmək üçün həmin yarışların siyahısını Gənclər və İdman Nazirliyinə təqdim edib.Komissiyadan əlavə edilib ki, sənədləri müsbət qəbul edilənlər müsabiqədənkənar ali məktəblərin dövlət sifarişli plan yerlərinə yerləşdiriləcək.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*