Home » Siyasət, Ümumi » Aleksandr Mişarin: Azərbaycan yüksək perspektivli xarici ticarət partnyorudur
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Aleksandr Mişarin: Azərbaycan yüksək perspektivli xarici ticarət partnyorudur

Sverdlovsk vilayətinin qubernatoru Aleksandr Mişarin Azərbaycanı yüksək inkişaf potensialı olan perspektivli xarici ticarət partnyoru adlandırıb. AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, bu barədə o, Yekaterinburqda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu ilə görüşdə deyib.
A.Mişarin Azərbaycanla Sverdlovsk vilayəti arasında bütün istiqamətlərdə əməkdaşlığı yüksək qiymətləndirib. O, xüsusilə qeyd edib ki, keçən il Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 23,1 faiz artaraq 95 milyon dollara çatıb. Pozitiv dinamika davam edib və cari ilin birinci rübündə artım 37,4 faiz olub.

Qubernatorun fikrincə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Sverdlovsk vilayətinə səfəri humanitar və mədəni əməkdaşlığın inkişafına kömək göstərən ən mühüm hadisə olub: “Səfər zamanı əldə edilmiş razılaşmalar nəticəsində bu ilin iyul ayında Sverdlovsk vilayətinin beş fərqlənmiş tələbəsinin Bakıya və Naxçıvana tanışlıq səfəri təşkil edilib. Ümidvarıq ki, fondun vəsaiti hesabına Yekaterinburqdakı 108 nömrəli gimnaziyanın yenidən qurulması və yeni avadanlıqla təchiz edilməsi layihəsi də müvəffəqiyyətlə həyata keçiriləcək. Bu gimnaziyanın bazasında Azərbaycanın etnik mədəniyyət komponentli ixtisaslaşdırılmış məktəb yaratmaq planlaşdırılır”.

Görüşdə qeyd edilib ki, 35 min nəfərdən çox insanı əhatə edən Azərbaycan diasporu Sverdlovsk vilayətində ən böyük diasporlardan biridir. Onun üzvlərinin fəaliyyəti milli mədəniyyətin və tarixin populyarlaşdırılmasına yönəldilib. Artıq bir ildir ki, “Azərbaycana yol” media-layihəsi müvəffəqiyyətlə həyata keçirilir: hər həftə dövlət televiziyasının iki kanalında Azərbaycanın bu günündən, tarixindən, iqtisadiyyatından, mədəniyyətindən və incəsənətindən bəhs edən proqramlar nümayiş olunur.
Polad Bülbüloğlu Azərbaycanla Ural regionu arasında üfüqi əlaqələri yüksək qiymətləndirərək qeyd edib ki, Azərbaycan rəhbərliyi Orta Uralı çox mühüm region hesab edir: “Azərbaycanla Rusiya, o cümlədən Sverdlovsk vilayəti arasında mədəni əlaqələrin inkişafına Heydər Əliyev Fondu töhfə verir. Yekaterinburqun opera və balet teatrının solistləri bu il sentyabr ayında Bakıda keçiriləcək Üzeyir Hacıbəyli festivalına dəvət olunublar”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*