Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakıda Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi keçiriləcək

Bakıda Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi keçiriləcək

AgahMedia.Com informasiya portalının “Iteca Caspian” şirkətindən aldığı məlumata görə,  aprel ayının 7-dən başlayacaq Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF” 2016) sərgisində fərqli turizm istiqamətlərini təqdim edən dünyanın 40 ölkəsindən 200-dən artıq şirkətin iştirakı planlaşdırılır.

Reklam:
TravelKinds.Com, Compare Hotels Rates, Check the hotels prices & save up to 80%, Best Hotels Booking Prices Guaranteed…Belarus, Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro (Çernoqoriya), Çexiya və Ukrayna öz ölkələrinin turizm potensialını və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədi ilə sərgidə milli pavilyonlar ilə çıxış edəcəklər. Həmçinin, sərgidə Stavropol vilayəti və Yurmala kimi regionlar da ayrıca stendlərlə nümayiş olunacaqlar. Bundan başqa, sərgidə ABŞ, İordaniya, İsveçrə, Latviya, Maldiv adaları, Rusiya, Sloveniya, Yunanıstan və digər ölkələrin turizm şirkətləri və otellərinin iştirakı gözlənilir. Builki sərgi iştirakçıları arasında Azərbaycanda akkreditasiyadan keçmiş bir sıra xarici səfirliklər, o cümlədən ticarət palataları da yer alır. Ənənəvi olaraq, Azərbaycan Turizm Assosiasiyasının (“AZTA”) stendində Azərbaycanın turizm şirkətləri, otel və sanatoriyaların təklifləri ilə tanış olmaq mümkün olacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları çərçivəsində isə Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim olunacaq.

Yaz sərgi mövsümünün ilk tədbiri olan “AITF” sərgisi turizm sahəsi üzrə danışıq və görüşlər, eləcə də fikir mübadilələri və təkliflər üçün mərkəzi platformaya çevriləcək. Burada sərgi iştirakçıları turizm sektorunun müxtəlif istiqamətləri üzrə eksklüziv təkliflərlə çıxış edəcəklər. Tədbirin iştirakçıları arasında turizm şirkətləri, aviaşirkətlər, milli və regional turizm təşkilatları, otel şəbəkələri, xaricdə daşınmaz əmlak agentlikləri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və spa mərkəzləri, o cümlədən idman və ekoloji turizm obyektləri yer alacaqdır. Bu il yerli və xarici tibb mərkəzləri, sağlamlıq ocaqları və sanatoriyalar tərəfindən təqdim olunacaq “Tibbi və sağlamlıq turizmi” sektoruna olan diqqət də artmaqdadır. Həmçinin, son illər ərzində “AITF” sərgisi Azərbaycan vətəndaşları arasında populyar kurort zonalarında daşınmaz əmlaka artan tələbatı əks etdirən “Xaricdə daşınmaz əmlak” sektorunu fəal şəkildə inkişaf etdirir.

İlk dəfə olaraq Baki Ekspo Mərkəzində AITF 2016 sərgisi çərçivəsində eksponentlərə sərginin işgüzar və yaradıcı ab-havasından maksimum faydalanmağa imkan yaradan “workshop” təşkil olunacaq. Eksponentlər “workshop” çərçivəsində vasitəçilər olmadan, birbaşa danışıqlar aparmaq; əvvəlcədən planlaşdırılan görüşlər zamanı aparıcı yerli turizm şirkətlərinin nümayəndələri ilə işgüzar əlaqələr qurmaq imkanlarından yararlana biləcəklər.

Beləliklə, sözügedən sərgilər danışıqlar üçün etibarlı platforma olmaqla yanaşı, dünya təcrübəsinin öyrənilməsinə və səmərəli əlaqələrin qurulmasına da kömək edəcək. “AITF” sərgisinin yubileyi ilə əlaqədar olaraq, təşkilatçılar tərəfindən eksponent və ziyarətçilərin də iştirak edəcəkləri əlavə tədbirlərdən ibarət maraqlı yubiley proqramı planlaşdırılıb. Bu yubiley proqramı iştirakçı və ziyarətçilərin yaddaşlarında Bakıda keçirilən sərgilər xüsusunda xoş və parlaq iz buraxacaqdır.

“AITF” sərgisi 7-9 aprel tarixində yalnız turizm peşəkarları, aprel ayının 9-da isə bütün ziyarətçilər üçün açıq olacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*