Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi, Yönetici Yazarın Blogu » AgahMedia.Com portalının 2 yaşı tamam oldu

AgahMedia.Com portalının 2 yaşı tamam oldu

Murad Süleyman AgahMedia.Com Portalının Baş Yazarı

AgahMedia.Com Müstəqil İnformasiya Portalı fəaliyyətinin 3-cü ilinə qədəm qoydu. Nə etdik? Nə etmədik? Nəyi necə etdik? Detaylı rapor verməyə gərək yox. Hər şey göz qabağında,zaten. Amma, fəaliyyətimizlə ilgilənən hər kəsin bilməsi gərəkən bəzi gerçəkliklər vardır. Bu müddət ərzində əsla siyasiləşmədik, yalandan şou falan yapmadıq,daş atıb başımızı tutmadıq. Min bir hiylə ilə qrant falan da almadıq. Milli maraqların sınırlarını əsla keçmədik! Vicdanımızca,İmanımızca çalışdıq! Dövlətimiz,millətimiz,xalqımız için bacardığımızı ortaya qoyduq! Amma,bundan on qat artığını da edə bilərdik… Fəqət,bir media qurumunun daha böyük işlər görməsi için mütləq,bəlli bir büdcəyə ehtiyacı vardır. Bu mənada, indiyə qədər ortaya qoyduğumuz əmək sözün əsl mənasında, Fədakarlıq nümunəsidir,desəm,səmimiyyətimə inanın…

Bəziləri bizi qınayır. Hətta bu qınayanların içində bəzi dostlarımız da var. “Zəyif işləyirsiniz.” və s. bunun kimi şeylər söyləyirlər…

…Bəylər biz çalışdığımız sosial şərtlər altında bir layihə qoyun ortaya. Deyil 2 il, 2 ay səbriniz çatmaz, davam etməyə!…

“Dostunuzam”deyənlər, bəzi sözlər yerinə dost dəstəyi sərgilərlərsə,təbii ki, onda hər kəs daha böyük işlərimizin şahidi olar.

AgahMedia.Com portalının 1 yaşı tamam olanda bəyan etdiklərimiz bu gün də qüvvədədir!:Hər zaman Vicdanın dıktə etdiyi jurnalistika bizim için prioritet oldu. Bu, indi də belədir və bundan sonrada belə olacaqdır!… Missiyamızın öhdəsindən daha layiqincə gəlmək için, Azərbaycanı sevən, Vicdanın aliliyini qoruyan,İmanca zəngin olan hər kəsi əməkdaşlığa dəvət edirik.

Dostlar dəstəkləşdikcə daha da qüdrətli olur!…

Dəstəkləşməyə varmısınız?…

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

3 Responses to AgahMedia.Com portalının 2 yaşı tamam oldu

  1. AgahMedia.Com portalında çalışan kardeşlerimizi tebrik ediyoruz.

  2. Təbrik edirik.O gün olsun on minlərlə insanın hər gün izlədiyi bir portal zirvəsinə çatsın!

  3. Tebrikler,Sayın Murad Süleyman!

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*