Home » Ədəbiyyat, Şou biznes və Mədəniyyət, Ümumi » Afaq Şıxlının “Amin!” şeiri
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Afaq Şıxlının “Amin!” şeiri

Silinsin göz yaşı gözlərimizdən,
Gülüş silinməsin üzlərdən! Amin!
Küsüb incisək də bir-birimizdən,
Qəlblər qırılmasın sözlərdən! Amin!

Güc versin ruhlara sevgi, məhəbbət,
İnsanı insana bağlasın ülfət,
Üzlərə nur gəlsin, qollara qüvvət,
Təpər azalmasın dizlərdən! Amin!

Tikanlar, alaqlar solub saralsın,
Yamanın başına dünya daralsın,
Qoy, yarın könlünü elə yar alsın,
Baxışlar itməsin izlərdən! Amin!

Zaman qanadlıdır, dönsə də yelə,
Neçə ki, var ümid, verək əl-ələ.
Sevgidir dünyanı yaşadan hələ,
Kaş, o da bezməsin bizlərdən! Amin!

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*