Home » Beynəlxalq, Siyasət, Ümumi » ABŞ-ın müdafiə naziri Robert Qeyts sentyabrın Qarabağ münaqişəsi haqda açıqlama verdi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

ABŞ-ın müdafiə naziri Robert Qeyts sentyabrın Qarabağ münaqişəsi haqda açıqlama verdi

Vaşinqtonda rusiyalı həmkarı Anatoli Serdyukovla görüşdən sonra nazir deyib ki, Dağlıq Qarabağda zorakılığa son qoymaq üçün səyləri artırmaq lazımdır.
AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, Jurnalistlərə nazirlərin görüşü haqda danışan Pentaqon təmsilçisi bildirib ki, tərəflər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər baş verən toqquşmalara da toxunublar. ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, tərəflər Qafqazda sabitliyin vacib olduğunu vurğulayıblar: “Robert Qeyts 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında qısamüddətli müharibəyə toxunaraq atəşin dayandırılması haqda razılığa əməl olunmasının vacib olduğunu deyib, Moskvanı regiondakı silahlı qüvvələrinin şəffaflığını təmin etməyə çağırıb”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*