Home » Beynəlxalq, Siyasət, Ümumi » ABŞ-dakı vandallıq dünya sülhünü təhlükədə qoydu

ABŞ-dakı vandallıq dünya sülhünü təhlükədə qoydu

  Müsəlman olduğu iddia eilən Obama hara baxır?

AgahMedia.Com portalının İTV-yə istinadən məlumatına görə, islamın müqəddəs kitabı Quran 11 sentyabrda Amerikanın Tennesi ştatında yandırılıb. Xatırladaq ki, Quranın yandırılması barədə öncə Florida ştatından olan keşiş Terri Jons çağırış etmişdi. Lakin hərtərəfli təzyiqlərə və ictimai qınağa tuş gələn keşiş sonradan öz fikrindən daşınmış, başqalarının da bu cür əməllərdən uzaq durmağını istəmişdi. Buna baxmayaraq Neşvill şəhərinin (Tennesi ştatı) keşişi Bob Ould Quranı yandırmaqla başqalırından “fərqlənib”.
Hələ bir müddət öncə ABŞ-da Quranın yandırılması çağırışı islam dünyasını tələtuna gətirmişdi. İslam xadimləri hətta buna görə müharibə başlanacağını istisna da etmirdilər. Ona görə də Qərb ölkələrinin və beynəlxalq təşkilatların rəhbərləri anti-islam əməllərindən çəkinməyi ciddi müzakirə gündəminə gətirmişdilər.
RİA novostinin xəbərinə görə Quranın yandırılması ilə bağlı hazırda Əfganıstanda etiraz nümayişləri keçirilir. Etirazçılar anti-Amerika və anti-NATO şüarları səsləndirir, avtomobil şinləri yandırırlar. Onlar Loqar və Vardak əyalətlərini birləşdirən avtomobil yolunu bağlayıblar. Bununla da yük avtomobillərin hərəkətində tıxaclar yaranıb.
Hələ vaxtında NATO-nun baş katibi Anders Foq Rasmussen Quranın yandırılmasını “dəhşətli əməl” adlandırmışdı. O amerikalıları bütün dinlərə hörmət etməyə çağırmışdı.
Müqəddəs kitab Quranın yandırılmasına qarşı ABŞ-ın prezident administrasiyasının təmsilçisi, həmçinin müxtəlif dini cərəyanların liderləri çağırışlar etmişdi. ABŞ dövlət katibi Hillari Klinton bu aksiyanı “məsuliyyətsiz və biabırçılıq aktı” adlandırmışdı. Əfganıstandakı ABŞ və NATO qoşunlarının komandanı Devid Petrues isə belə bir fikir irəli sürmüşdü ki, bu əməl bütün dünyada ekstremistləri zorakılıq əməllərinə təhrik edəcək, həmçinin Əfganıstandakı ABŞ və NATO qoşunlarını təhlükə qarşısında qoyacaq.
Təəsüfki, bütün bunlara baxmayaraq, Nyu-York meri Maykl Blumberq Quranı yandıran keşişi müdafiə edib. O deyib: “Ola bilsin ki, bu əməl kimlərəsə təəcüblü gəlsin. Lakin mən onun haqqını və belə əməlləri müdafiə edirəm. Əlbətdə hesab edirəm ki, bu o qədər də xoşa gələn hadisə deyil və düşünürəm ki, kimlərinsə müqəddəs saymadığı kitabın yandırılmasını keşiş istəyə bilərdi. Söz və sərbəst toplaşma azadlığının qarantı olan ABŞ Konstitusiyasına birinci düzəliş mütləq mənada hamının müdafiəsindədir. Və bizə sərf edəndə bu düzəlişə istinad edə bilmərik”. Mer həmçinin etiraf edib ki, Quranın yandırılması Amerikada olduğu kimi, dünyanın digər ölkələrində də amerikalıları çöx böyük təhlükə qarşısında qoyacaq.”
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*