Home » Beynəlxalq, Siyasət, Ümumi » ABŞ-da İslamla bağlı mübahisələr qızışıb

ABŞ-da İslamla bağlı mübahisələr qızışıb

Dünya ticarət binasının yerləşdiyi ərazidə məscidin tikilməsi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında İslamla bağlı mübahisələr daha da qızışıb.

Məscidin tikintisini təşkil edən İmam Feysal Əbdül Rauf ABC telekanalına müsahibəsində ölkədə islamafobiyanın artdığını qeyd edib. AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, imam indi ölkədə İslamdan qorxma hallarının 11 sentyabrdan sonrakı illərlə müqayisədə daha çox olduğunu bildirib: “Bütün bunlar siyasi məqsədlər üçün istifadə olunur. Ölkədə artan islamafobiya var. Biz hamımız amerikalıyıq. Bu gün bizimlə elə rəftar edilir ki, sanki müsəlmanlar amerikalı deyillər”. İmamın sözlərinə görə, dünya ticarət mərkəzinin binasının yerləşdiyi ərazidən məscidin tikintisinin başqa yerə köçürülməsi İslam ekstremistlərinə Amerikada İslam dinin hücuma məruz qalmasına işarə ola bilər.Feysal Əbdül Rauf müsəlman aləmində Amerikada yaşayan müsəlmanların yanlışlıqla öz dini etiqadlarında azad olmamaları ilə bağlı səhv düşüncə formalaşdığını deyib. Bunun əksinə olaraq imam amerikalı müsəlmanların öz dini etiqadlarını sərbəst yerinə yetirməkdə azad olduqlarını, buna ölkənin hüquq və siyasi sisteminin də imkanlar yaratdığını deyib. İmam bu reallığın müsəlman dünyası tərəfindən tanınmalı olduğunu qeyd edib. Qeyd edək ki, ABŞ-ın Nyu-York bələdiyyə məclisi 11 sentabr 2001-ci il hadisələri nəticəsində dağıdılan əkiz qüllələrin yaxınlığında İslam mədəniyyət mərkəzi və məscidin inşasına razılıq verib. Səsvermədə qərarın lehinə 29, əleyhinə isə 1 səs verilib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*