Home » Beynəlxalq, Siyasət, Ümumi » ABŞ-da həbs edilən banda başçısının Ermənistan hakim dairələrinə yaxın olduğu bildirilir

ABŞ-da həbs edilən banda başçısının Ermənistan hakim dairələrinə yaxın olduğu bildirilir

ABŞ hüquq-mühafizə orqanları tərəfindən bir ay bundan əvvəl Birləşmiş Ştatlarda ifşa edilmiş amerika-erməni cinayətkar dəstəsinin Ermənistan Respublikası ilə əlaqələri olduğunu təsdiqləyən məlumatlar daxil olmaqdadır.

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, ABŞ-ın müxtəlif ştatlarında həbs olunmuş 70-dən çox adamdan ibarət cinayətkar dəstə səhiyyə sığorta sistemində saxtakarlıqla 163 milyon dollar mənimsəməkdə ittiham olunur. Həbs olunanların əksəriyyəti Ermənistanda yaşayan və ya miqrant ermənidir.
Fırıldaqçılıqla ABŞ səhiyyə sığorta sistemini 163 milyon dollar ziyana saldığı bildirilən mütəşşəkkil cinayətkar dəstənin başçısı Pzo ləqəbli, hazırda Amerika vətəndaşı olan Armen Kazaryandır.
Müxtəlif mənbələrdən daxil olan məlumatlara əsasən, Armen Kazaryanın Ermənistandan ABŞ-a getməsi də, vətəndaşlıq alması da müəmmalı yollarla əldə edilib.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, 90-cı illərdə diribaş ermənistanlıların Azərbaycandan gəlmiş qaçqınlardan öz və bəzən ailə üzvlərinin uyğun yaş kağızları alıb, qaçqın simasında Qərb ölkələrində sığınacaq tapması halları az olmayıb. Armen Kazaryan da onlardan biridir. Kazaryan ABŞ-a 1996-cı ildə köçüb. Dörd ildən sonra isə ona daimi yaşamağa icazə verilib. Belə ki, onu ABŞ-dan deportasiya etsələr, Ermənistana deyil, ömründə bəlkə də heç görmədiyi Azərbaycana qaytarmalıdırlar. Lakin nədənsə bu fakta fikir verilmir, deyə BBC Azərbaycan xidmətinin Yerevan müxbiri xəbər verir. Pzo-Armenin keçmişinə gəldikdə, Ermənistan polisinin məlumatına görə, Ermənistanda yaşadığı illər Armen Kazaryan məhkəməyə düşməyib. ABŞ Tədqiqatlar Bürosunun məlumatın əsasən, Armeni Kazaryan qanunda oğru kimi tanınır. O, Los-Ancelesdə reket təşkil etməkdə və federal səhiyyə sistemində fırıldaqçılıq yolu ilə iri miqyasda pul əldə etmək ittihamı ilə həbs olunub.
Armen Kazaryandan başqa, Federal Təhqiqatlar Bürosu daha 30-a yaxın erməni soyadlarından ibarət siyahı yayıb. Onlar reketdə, federal səhiyyə və bank sistemlərilə bağlı fırıldaqda, pul yumaqda, fərdi məlumatlar oğurluğunda və mühacirət əməliyyatları ilə bağlı saxtakarlıqda ittiham olunurlar. Onların neçəsinin Ermənistan vətədaşı olduğu dəqiq məlum deyil.
Bu yaxınlarda ABŞ Federal Təhqiqatlar Bürosu əməkdaşlarının Ermənistanda yerli hüquq-mühafizə orqanları ilə görüşdüyü xəbər verilmişdi. Lakin görüşün təfərrüatlar açıqlanmayıb.
Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Sona Truzyan deyib ki, “lazım gəlsə, amerikalı həmkarlarımız bizə müraciət edər, ya da məlumat təqdim edər. Prokurorluq cinayəti açmaq üçün əməkdaşlıq etməyə hazırdır”.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Ermənistanda bəzi KİV-lər Armen Kazaryanın Ermənistan hakim dairələrinə yaxın şəxslərlə sıx əlaqədə olduğunu bildirirlər. Bununla bağlı “Jamanak” qəzeti bəzi yeni faktlar aşkar edildiyini xəbər verir. Məlumatda deyilir ki, cinayətkar dəstənin üzvlərindən biri Poqos Satamyan həbsi ərəfəsində Yerevan polis idarəsinin rəisi Nersik Nazaryanın oğlu Armeni Nazaryanın adına 450 min dollar köçürüb. Qəzetin yazdığına görə, pullar Kipr və Lixtenşteyn ofşor zonaları vasitəsilə ötürülürmüş.
Satamyanla Nazaryanın Yerevanda müştərək biznesi – Moskviçka mağazalar şəbəkəsi olduğu xəbər verilir. Bundan başqa, dəstə başçısı Armen Kazaryan tərəfindən Ermənistanın sabiq polis rəisi, hazırda föqvəladə hallar naziri Armen Yeritsyana Mersedes ML markaqlı JEEP bağışladığı və onun xanımı ilə Las-Veqasda səfərinin təşkil edildiyi bildirilir. “Jamanak” qəzeti ABŞ-da ifşa olunmuş cinayətkar dəstənin başçısı Armen Kazaryanın tanınmış sahibkar, Ermənistan Milli Məclisinin üzvü, Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyanla yaxın olduğunu xatırladır. Lakin 2008-ci ildən sonra ABŞ-da mütəşəkkil cinayətkar dəstə başçısı elan edilən Armen Kazaryanın Tsarukyanla münasibətləri soyuqlaşıb. Onun erməni oliqarxın dəstəyinə ehtiyacı olmayıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*