Home » Sosial, Təhsil sektoru, Ümumi » Abituriyentlərin nəzərinə!…

Abituriyentlərin nəzərinə!…

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_TQDK_LOGO

AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən məlumatına görə, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi iyulun 30-dan avqustun 11-dək aparılacaq. Qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri “Abituriyent” jurnalının 4-cü sayında təqdim olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə I, II, III və IV ixtisas qruplarının abituriyentləri üçün «İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?» adlı vəsaitlər çap edib. Vəsaitdə təhsil formaları (dövlət sifarişli və ödənişli), Azərbaycan və rus bölmələri üzrə ayrılıqda və hər iki bölmənin birgə müsabiqəsinə aid qəbul planları, müsabiqəyə buraxılma şərtləri, eyni zamanda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına dair məlumatlar təqdim olunub.

Xatırladaq ki, abituriyentlərin ixtisas seçimi zamanı düzgün istiqamət götürmələrinə kömək məqsədilə ali təhsili müəssisələrinə ötənilki qəbul imtahanlarında formalaşmış keçid balları haqqında məlumatlar ayrıca vəsaitlərdə çap olunub.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*