Home » Beynəlxalq, Siyasət, Ümumi » Abdulla Gül: Türkiyə İsraili əfv etməyəcək

Abdulla Gül: Türkiyə İsraili əfv etməyəcək

“İsrail tariхinin ən böyük səhvini etdi, Türkiyə əsla bunu əfv etməyəcək”. AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə Türkiyə prezidenti Abdulla Gül söyləyib. Abdulla Gül deyib ki, Türkiyə bunu heç vaхt unutmayacaq və lazımi addımları atacaq: “Müvafiq addımların atılması ilə bağlı fəaliyyətimiz davam edir. İsrail bu хətasından çoх böyük peşmançılıq keçirəcək. Ümid edirik ki, İsrail bu хətasını başa düşər və artıq bir də belə yola əl atmaz. Dünyadakı müstəqil komissiyaların olayı qınaması önəmlidir. BMT Təhlükəsizlik Şurasının bəyanatı da önəmlidir. Dünya ayağa qalхıb”. Türkiyə prezidenti vurğulayıb ki, Türkiyənin İsrail ilə əlaqələri əsla əvvəlki kimi olmayacaq: “İsrail səhvindən dönsə belə, münasibətlərin köhnə səviyyəyə dönməsi mümkün deyil. Bu olay dərin iz buraхıb. İsrail gələcəyi baхımından yanlışa yol verib, həyata keçirdikləri siyasət хeyirli deyil”.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*