Home » Maraqlı, Ümumi » 87 və 97 yaşlı cüt Londonda qocalar evində evləndilər


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

87 və 97 yaşlı cüt Londonda qocalar evində evləndilər

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, sözügedən cütlük Londonun şimalındakı qocalar evində görüşüb.

Onlar evlilik mərasimini 80 qonağı çaya dəvət etməklə qeyd ediblər. Cənab Kerr deyir ki, xanım Berkovitzdən ona ərə getməyi təklif edəndə o, dəlicəsinə gülməyə başlayıb. Cənab Kerr ona bu sualla ikinci dəfə müraciət etməyəcəyini də deyib və bununla xanım razılığını verib. Cənab Kerr bunları deyib: “90 yaşlarımda idim. Gördüm ki, bu qadına gözüm düşüb. Öz-özümə fikirləşdim ki, nə axmaq fikirdir. Yəqin ki, o, mənim kimi qocaya heç baxmır da! Bir gün onayaxınlaşıb mənə ərə gəlməyi xahiş etdim. Dəlicəsinə gülməyə başladı. Başını aşağı salıb gülməyə və ağlamağa başladı. ” Xanım Kerr isə bunları deyir: “O mənə evlənməyi təklif edəndə mən götür-qoy etdim və razılıq verdim.” Özünü cavan oğlan kimi təsvir edən cənab Kerr dedi ki, dedi-qoduya son qoymaq üçün evlənmək vacib idi. “Mən indi rahatam. Çünki indi heç kim deyə bilməyəcək ki, mən onunla yatıram, yoxsa yatmıram. ” Cüt bal ayına öz yaşadıqları evin bağında gəzintiyə çıxmaqla başlayıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*