Home » İslam, Sosial, Ümumi » 7 yaşlı Şəhriyar Əliyevin yaşamaq üçün yardıma ehtiyacı var

7 yaşlı Şəhriyar Əliyevin yaşamaq üçün yardıma ehtiyacı var

AgahMedia.Com informasiya portalı vasitəsilə imkanlı şəxslərə müraciət ünvanlayan Şəhla Əliyeva ağır xəstəlikdən əziyyən çəkən 7 yaşlı oğlunun müalicəsi üçün yardım istəyir. Şəhla Əliyeva müraciətində yardım etmək niyyətində olan insanların tələb etdiyi təqdirdə uşağın xəstəliyi barədə lazımi sənədləri də təqdim etməyə hazır olduğunu bildirir.

Müstəqil media qurumu olaraq, biz də öz növbəmizdə bizə göndərilən müraciət mətnini aşağıda təqdim edirik və umid edirik ki, İnşallah, savab qazanmaq istəyən xeyirxah şəxslərin dəstəyi ilə balaca Şəhriyar tezliklə öz sağlamlığına qovuşacaq.

“Oğlum Əliyev Şəhriyar Şahin oğlu 08.11.2006-cı ildə doğulmuşdur. Mən hamilə olduğum vaxtlarda müayinədən keçdiyim zamanlar hər hansı bir xəstəliyin olması mövcud deyildir. Qeyd edim ki, nəslimizdə genetik olaraq belə xəstəliyə rast gəlinməmişdir.Oğlum xəstəxanada doğulduğu zaman və sonralar həkim nəzarətində olmuşdur. Uşaq vaxtı-vaxtında müayinə olunaraq lazımi peyvəndlər vurulmuşdur. 2011-ci ilin avqust ayının 8-də uşağı sahə həkiminin yanına apardım.Müayinədən keçdikdə məlum oldu ki, uşağın soyuqlaması var. Həkim 4 gün içində uşağa 8 ampula antibiotik vurulmalı olduğunu bildirdi. Antibiotikin vurulmasından sonra uşağın vəziyyəti daha da pisləşdi. 12.08.2011-ci il tarixində Ethematologiya və Transfuziolagiya İnstitutun Kliniki Diaqnostia Labaratoriyasında uşağın sümüklərindən götürülən analiz və qan biokimyəvi müayinə edildikdə diaqnoz olaraq nimman pık (sümuk iliyində nimman pık hüceyrələri aşkar edilib) xəstəliyi olduğu təsdiq olundu. Bizə bildirdilər ki, bu xəstəlik nadir olan xəstəlikdir, milyon adamdan biri tutulan xəstəlikdir. Həkimlər bildrdi ki, uşağın dalağı çox böyüyərək, inək dalağı boyda olmuşdur. Uşağın müalicəsi Almaniyada vardır.Uşağın həkimlərinin dediyinə görə, tam 1 il müalicə 250000 dollara başa gəlir.”

Müraciətlə ilgili televiziya materialını http://www.youtube.com/watch?v=Qw2W3ks3vVw linkində də (internet adresi) izləyə bilərsiniz.

Müraciəti göndərən valideyinin (Şəhla Əliyevanın) telefon nömrələri:
(051) 9607893
(012) 5964253

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*