Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Siyasət, Ümumi » 500-lük avrolar yığışdırılır

500-lük avrolar yığışdırılır

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Britaniyada valyutadəyişmə məntəqələrindən 500-lük avro əskinasları yığışdırılıb.

Buna səbəb polis təhqiqatının nəticələridir. Təhqiqat göstərib ki, 500-lük avrolardan yalnız bir qayda olaraq cinayətkar məqsədlər üçün istifadə edilir.Britaniyanın Ciddi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Agentliyi (SOCA) bildirir ki, 500-lük avroların 90 faizindən cinayətkar dəstələr, çirkli pul yuyanlar və narkotik alverçilər istifadə edirlər. Agentlik bildirir ki, bu məbləğdə 500-lük avronun Britaniya bazarında olmasına ehtiyac yoxdur və bu əskinasların Britaniyada yayılması yalnız cinayətkarlığa yardım edir. Bildirirlir ki, bu addım 500-lük avroların Britaniyada qadağan olunması kimi başa düşülməməlidir. Məsələn, turistlər belə əskinasları özlərin ilə ölkəyə gətirərlərsə, funt sterlinqə maneəsiz şəkildə dəyişə bilərlər. Lakin innən belə 500-lük avroların Britaniyada alınması mümkün olmayacaq. Agentliyin təhqiqatı göstərib ki, dəyəri 425 funt sterlinq və 630 dollar olan 500-lük avrolardan çirkli pulların yuyulmasının və vergilərdən yayınmanın bütün mərhələlərində istifadə olunur. Bu banknotlar cinayətkarları ona görə cəlb edir ki, başqa banknotlardan on dəfə az yer tutur. Məsələn bir qaçaqmalçı bu yolla 150 min avronu bir siqaret qutusuna yerləşdirə bilər.Çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlıq üzrə ekspert Cefri Robinson deyir ki, bu banknotları ümumiyyətlə ləğv etmək lazımdır: “500-lük avrolar cinayətkarlardan və narkotik satanlardan başqa kimsəyə lazım deyil. Çünki 500-lük çirkli pulları yumaq daha asandır. Bu pulun nəqli də rahatdır. 500-lüklər olmasa 1 milyon avro bir diplomata yerləşdirmək olmaz. Məsələn bir milyon funt sterlinq üçün üç diplomat yarım lazımdır. Beləliklə 500-lük avroları tədavülə buraxmaqla biz çirkli pulların yuyulmasını, narkotik pullarının nəqlini asanlaşdırmış oluruq. Bu divanəlikdir.”
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*