Home » Maraqlı, Ümumi » 30 yaşlı qadın birdəfəyə 5 körpə dünyaya gətirdi

30 yaşlı qadın birdəfəyə 5 körpə dünyaya gətirdi

ABŞ-ın Hyuston şəhərində 30 yaşlı Veronika Mayorqa sağlam və normal beş uşaq dünyaya gətirib. AgahMedia.Com portalının “SƏS” agentliyinə istinadən məlumatına görə, Hyustondakı bir xəstəxanada “Qeysəriyyə” əməliyyatı nəticəsində 23 həkimin köməyi ilə doğulan körpələrin 3-ü qız, 2-si isə oğlandır. Valideynlər oğlan uşaqlarına Aron, Priskilla, qızlarına isə Matilda, Coyel və İsa adları verilib.Xəstəxananın həkimi Ursula Navab çəkiləri 1,3-1,8 kiloqram arasında olan uşaqların doğumdan sonra oksigenə ehtiyac duyduqlarını və 29 həftəlik doğulan körpələrdən ikisinin hal-hazırda öz-özlərinə nəfəs ala bildiklərini söyləyib. Həkim həmçinin onu da qeyd edib ki, uşaqlar hələ 6, ya da 8 həftə xəstəxanada qalacaqlar.V.Mayorqa ilə əri Enriqi Mayorqanın uşaq sahibi ola bilmək üçün dərman istifadə etdikləri də ifadə edilib.Qeyd edək ki, dünyada təxminən 100-ə yaxın beşlik olduğu bildirilir.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*